Mobil versiya
Qüdrətli dövlətçiliyin və inkişafın təməlinin qoyulduğu gün
Tarix: 02-10-2024 | Saat: 09:39
Bölmə:Özəl | çapa göndər

Qüdrətli dövlətçiliyin və inkişafın təməlinin qoyulduğu gün

Oktyabrın 3-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycana ilk dəfə Prezident seçilməsinin 31-ci ili tamam olur. Məhz həmin tarixdən respublikamızda qüdrətli dövlətçiliyin və inkişafın təməli qoyuldu. Həmin tarixdən başlanan yeni siyasi kurs və idarəetmə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni yüksəlişinə, müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət etdi, xalqımızın müasir dövlətçilik ənənələri formalaşdı.
1993-cü il  oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanda yeni bir dövrün başlanğıc tarixidir. Başqa cür desək, həmin gün Azərbaycanda qüdrətli dövlətçiliyin və inkişafın təməlinin qoyulduğu gündür.
Sonrakı illərin inkişaf prosesləri həmin günün tariximizdə nə qədər əlamətdar olduğunu təsdiqləyir. Xalq-Heydər Əliyev birliyinin sarsılmazlığı isə bütün mərhələlərdə yüksələn xətlə inkişaf etdi. Bu sarsılmazlıq həm də Prezident İlham Əliyevə olan  yüksək xalq etimadında özünü göstərir.  Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bütün sahələrdə qazandığımız möhtəşəm uğurlar ölkədə həyata keçirilən siyasətin dövlətimizin və xalqımızın milli maraqlarını layiqincə təmin etdiyini göstərir.
1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev demişdi: "Mən bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq, gənclərimiz və gələcək nəsillər onların qəhrəmanlıqlarından nümunə götürəcəklər. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaqdır".
Ümummilli Lider Heydər Əliyevin doğma vətənimizlə bağlı arzuları artıq həyata vəsiqə alıb, yerinə yetib. Prezident İlham Əliyev Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndərin arzusunu çin etdi. Bu savaşda şəhidlərimizin qisası döyüş meydanında alındı, ərazi bütövlüyümüz təmin edildi. Bəli, Heydər Əliyevin qoruduğu, qurduğu Azərbaycan indi tarixinin ən qüdrətli dövlətinə çevrilib, regionda və qlobal miqyasda söz sahibi kimi çıxış edir. Ona görə Ulu Öndərin ruhu da rahatdır. 
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevi xalqımız hər zaman böyük ehtiramla yad edir.

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının mühasibi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2024