Ukraynada ilin sonuna qədər nə qədər PUA istehsal olunacağını bildiriblər
Tarix: 01-10-2024 | Saat: 19:39
Bölmə:Özəl | çapa göndər
Ukraynanın baş naziri Denis Şmıqal ölkənin ilin sonuna kimi 1,5 milyon pilotsuz təyyarə istehsal edəcəyini bəyan edib. Nazirlər Kabinetinin Telegram kanalı xəbər verir ki, o, Ukrayna ordusunda pilotsuz təyyarələrin çatışmazlığı ilə bağlı müntəzəm məlumatların fonunda bəyanat verib və əlavə edib ki, Kiyev pilotsuz uçuş aparatları üçün məktəblərin sertifikatlaşdırılması üzrə pilot layihəyə başlayır.İlin sonuna kimi biz 1,5 milyon pilotsuz təyyarə istehsal edəcəyik”, - Şmıqal bildirib.
Bundan əvvəl Kiyevin Ankaradakı səfiri Vasili Bodnar “Euronews” telekanalına müsahibəsində Ukraynada tikilən Türkiyənin “Baykar” pilotsuz uçan aparatları zavodunun işə salınmasının Rusiya ilə münaqişə bitdikdən sonra baş tutacağını bildirib. Tikinti yeri təhlükəsizlik baxımından açıqlanmır.
Həmçinin aviasiya mayoru, Rusiya Qəhrəmanı Sergey Lipovoy bildirib ki, Ukrayna Silahlı Qüvvələri tibb müəssisələrində, eləcə də tərk edilmiş anbarlarda pilotsuz uçuş aparatları və hərbi-dəniz təyyarələri yığır. NEWS.ru ilə söhbətində hərbi ekspert vurğulayıb ki, İHA-nın saxlanması və yığılması yerinin müəyyənləşdirilməsinin çətinliyi səbəbindən Ukrayna Silahlı Qüvvələrinin hücumlarını tamamilə dayandırmaq mümkün deyil.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-10-2024