Dəyişməz siyasi kurs
Tarix: 01-10-2024 | Saat: 18:28
Bölmə:Özəl | çapa göndər
1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan, beləliklə də, müstəqil Azərbaycanın qurucusuna çevrilən Heydər Əliyev şəxsiyyəti nəinki ölkəmizdə siyasi sabitlik və təhlükəsizliyin bərqərar olmasına nail oldu, həmçinin dahi liderin rəhbərliyi altında həyatın bütün sahələrində olduğu kimi, Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil xarici siyasət kursunun təməli qoyuldu.
Ümummilli Lider hakimiyyətə qayıdışından sonra Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq, müxtəlif ölkələrin Qafqaz və bilavasitə Azərbaycan Respublikası ilə bağlı maraqlarını və bu bölgədə nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Həmin dövrün mürəkkəbliyi və çətinliyi fonunda ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi təmin olundu, o cümlədən enerji resurslarının dünya bazarlarına çıxarılması, nəqliyyat infrastrukturunun inkişafı, xüsusilə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı işğalçı tərəfə beynəlxalq təzyiqin gücləndirilməsi istiqamətində praqmatik və hərtərəfli xarici siyasət strategiyasının əsası qoyuldu.
Sözsüz ki, Heydər Əliyevin xarici siyasət strategiyasının bir nömrəli prioriteti, Ulu Öndərin Milli Məclisdəki 1993-cü il 15 iyun tarixli çıxışında da qeyd etdiyi kimi, "Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək, inkişaf etdirmək" olmuşdur. Məlumdur ki, bu yolda dövlətimizin qarşısında duran ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və onun ağır nəticələri idi. Ümummilli Lider "Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geriyə qaytarılmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır" deyərək keçmiş münaqişənin həllini ən vacib məsələ kimi xarici siyasət gündəliyində müəyyən etmişdi. Bu istiqamətdə atılmış mühüm addımlardan biri, heç şübhəsiz ki, Azərbaycanın ağır siyasi və iqtisadi vəziyyəti, habelə Ermənistanın davam edən hücumları kontekstində atəşkəsin əldə edilməsi oldu. 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs əldə edildi.
Heydər Əliyevin şah əsərlərindən və Azərbaycan xalqına, dövlətçiliyimizə ərməğanlarından biri də əsasında xalqımızın milli maraqlarının dayandığı milli neft strategiyasıdır. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövrün çətinliklərinə baxmayaraq, "Əsrin müqaviləsi"nin imzalanması ilə uğurlu enerji siyasətimizin əsası qoyuldu. "Əsrin müqaviləsi"nin imzalanması ilə ölkəmizin inkişafı üçün yeni imkanlar yarandı, həmçinin Azərbaycana böyük həcmdə investisiyalar qoyulmağa başlandı və Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başladı. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Bu çərçivədə digər vacib məqam da odur ki, məhz Ümummilli Lider ölkəmizdə neftdən əldə edilən gəlirin gənclərin təhsilinin inkişafına yönəldilməsi, başqa sözlə desək, "qara qızıl"ın insan kapitalına çevrilməsi strategiyasının əsasını qoyub. Bu siyasətin nəticəsində çoxsaylı azərbaycanlı gənclər qabaqcıl xarici təhsil müəssisələrində oxumaq imkanı qazanıblar.
Heç şübhəsiz ki, Ulu Öndərin qoyduğu bu möhkəm təməl üzərində bu gün möhtərəm cənab Prezident İlham Əliyevin daha da genişləndirdiyi və strateji düşüncəni özündə ehtiva edən enerji siyasəti, həm ənənəvi enerji resurslarının inkişaf etdirilməsi, həm də Azərbaycanın bölgədə və Avropada alternativ enerji resurslarının əsas mənbəyi və ixracatçısına çevrilməsi üzrə həyata keçirdiyi işlər Azərbaycanın daha da inkişafının əsas şərtlərindəndir.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir.
Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı.
Hamımız yaxşı xatırlayırıq ki, ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi Prezident vəzifəsində cənab İlham Əliyevin qəbul etdiyi ilk mühüm qərar olmuşdur.
Belə ki, Prezidentin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə müəyyən edilmiş strategiya ölkənin hərtərəfli inkişafına dair davamlı və sistemli proqramların əsasını qoymuş, sosial-iqtisadi inkişafın real dinamikasını təmin etmişdir.
Bu Fərmanın davamı olaraq Prezidentin 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə dörd dövlət proqramı qəbul edilmişdir. Bu proqramlar çərçivəsində 100 mlrd. manatdan çox investisiya qoyulmuşdur ki, bunun nəticəsində regionlarımızın siması başdan-başa dəyişmişdir.
“Əsrin müqaviləsi” ilə Xəzər hövzəsini xarici investorlar üçün açan, Xəzərlə Qara dəniz və Aralıq dənizini birləşdirəcək enerji infrastrukturunun əsasını qoyan Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində yaranan imkanlar qarşıya qoyulan genişmiqyaslı vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün mühüm zəmin yaratdı.
2006-cı il iyulun 13-də Heydər Əliyevin adını daşıyan nəhəng Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı oldu və həmin ilin dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verildi.
Sonrakı illərdə “Ümid”, “Babək” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq etdi. Bununla da, Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı.
2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçalda “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu.
Prezident İlham Əliyevin gərgin fəaliyyəti və ardıcıl səyləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyaları yaranmışdır. Bununla da dünyanın enerji xəritəsində yeni mənzərə formalaşmışdır.
2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng Azəri-Çıraq-Günəşli neft yataqları blokunun 2050-ci ilə qədər işlənilməsində yeni dövr başlandı.
2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına start verildi.
Bu irimiqyaslı neft və qaz layihələri ilə yanaşı 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika mərkəzinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi.
Son illərdə sürətlə dəyişməyə başlayan geosiyasi reallıqlar fonunda müxtəlif regionlarda nəqliyyat zəncirlərinin qırılması, yaranan enerji və iqtisadi böhran Prezident İlham Əliyevin apardığı infrastruktur quruculuğu siyasətinin və xarici siyasət strategiyasının nə qədər uzaqgörən olduğunu sübut etdi.
Bu gün Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir.
Dövlət başçısının rəhbərliyi dövründə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilmiş və yenidən qurulmuşdur. Laçın hava limanı istismara verildikdən sonra beynəlxalq hava limanlarının sayı 9-a çatacaqdır.
Hazırda Prezident İlham Əliyev Azərbaycanın “yaşıl enerji” ölkəsi statusunun dünya miqyasında möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparır.
Artıq bu sahədə potensialın miqyası müəyyənləşib, böyük investisiyalar cəlb olunur, ixracat bazarı olaraq Avropa İttifaqı ilə anlaşma imzalanıb.
Bütün bu layihələrin həyata keçirilməsinin, investisiyaların yatırılmasının ən əsas özəlliyi Azərbaycanın hadisələri qabaqcadan görməsi və çağırışlara çevik reaksiya verməsidir.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması idi. Ümummilli Lider hər zaman böyük əminliklə torpaqlarımızın azad olunacağına və xalqımızın öz yurd-yuvalarına, Şuşaya, Laçına və digər dədə-baba torpaqlarımıza qayıdacağını bildirirdi.
Azərbaycan torpaqları işğal edilsə də, Ulu Öndər Heydər Əliyev siyasi-ideoloji, hərbi-diplomatik təbliğatı dayandırmır və ölkədə ictimai-siyasi sabitliyi bərpa edirdi. XXI əsr Azərbaycanın islahatçı lideri, həm də Qarabağın xilaskar strateqi, Ali Baş Komandan və Vətən müharibəsinin diplomat sərkərdəsi Ulu Öndər Heydər Əliyevin başladığı diplomatik-strateji yolu Prezident İlham Əliyev davam etdirdi.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs milli birliyimizin güclənməsini və Vətən müharibəsində mühüm amilə çevirilməsini şərtləndirdi. 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir. Təbii ki, bu qələbəni şərtləndirən amilləri sadaladığımız zaman bir mühüm məqama - əsası ulu öndərimiz Heydər Əliyev tərəfəindən qoyulan milli birliyimizə, milli həmrəyliyimizə xüsusi önəm verməliyik. Milli - mənəvi dəyərlər Azərbaycan xalqının milli sərvətidir. Bu mənada, xalqımızın sarsılmaz birliyi məhz milli - mənəvi dəyərlərimizə söykənir. 2020 - ci il sentyabrın 27 - də Ali Baş Komandanımızın əmri ilə erməni təxribatlarına qarşı əks-həmlə əməliyyatları başlayan kimi xalqımız bir yumruğa çevrilməyi bacardı. Siyasi mənsubiyyətindən, dini, milli fərqlərindən, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qələbə uğrunda mübarizəyə qoşuldu.Azərbaycanda yaşayan bütün dini konfessiyalar, icmalar, etnik azlıqlar, siyasi partiyalar, qeyri - hökumət təşkilatları dövlətin, ölkə Prezidentinin ətrafında sıx birləşdiyini. Qarabağın azadlığı uğrunda mübarizəni dəstəklədiyini bəyan etdi. Bu, bəlkədə bəşər tarixində görülməmiş bir hadisə idi. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda “dəmir yumruq” kimi düşmənə qarşı birləşməsi qələbəmizin təminində əhəmiyyətli rol oynadı.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatlarında əldə edilən möhtəşəm qələbələr dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin etmişdir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, müasir texnologiyalar əsasında “ağıllı şəhər” və “ağıllı kənd”lərin inşa olunmasına, bu zaman ən müasir şəhərsalma nümunələrindən istifadə edilməsinə, aqrar sahənin, o cümlədən, heyvandarlığın inkişafının reallaşmasına, habelə əhalinin dayanıqlı məskunlaşmasına xidmət edib, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradıb.
Ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən 17 milyard manat vəsait yönəldilmiş, mühüm yol-nəqliyyat, enerji təminatı və digər infrastruktur layihələri gerçəkləşdirilmiş, onlarla yaşayış məntəqəsinin təməli qoyulmuş və artıq bir sıra şəhər, kənd və qəsəbələrdə minlərlə ailənin məskunlaşması təmin edilmişdir.
Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34500 ailənin doğma torpaqlarda layiqli şəkildə yaşayışı təmin ediləcək, həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm addımlar atılacaqdır.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin dəyişməz siyasi kursunu davam etdirərək Azərbaycan hər tərəfli inkişaf etdirmiş, iqtisadi, siyasi və hərbi potensialı tarixdə heç vaxt olmadığı qədər artırılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin vəsiyyətini yerinə yetirməsi, tarixi ədalətin öz yerini tutması, Qarabağın və Şərqi Zəngəzurun 30 illik işğaldan azad edilməsi Azərbaycanın müstəqillik tarixində yeni dövr açmışdır. Düşmənə endirilən “dəmir yumruq” dövlətimizin qüdrətinin və xalqımızın birliyinin rəmzinə çevrilmişdir.
Yaşasın Ulu Öndər Heydər Əliyevin dəyişməz siyasi kursu!
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-10-2024