Səudiyyəlilər İsrailin Yəmənə hücum etməsi üçün hava məkanını açıblarmı?
Tarix: 01-10-2024 | Saat: 13:30
Bölmə:Özəl | çapa göndər
Bəzi media və sosial şəbəkə fəallarının məlumatına görə, İsrail Səudiyyə Ərəbistanının hava məkanından Yəməni hədəfə almaq üçün istifadə edir.
İsrail Hərbi Hava Qüvvələrinin rəsmi səhifəsi X sosial şəbəkəsində rejimin Yəmənə son hücumu ilə bağlı video yayımlayıb. Həmin videoda İsrailin KC-707 və F-35 döyüş təyyarələrinin Səudiyyə Ərəbistanının Əl-Humida şəhərinin periferiyasını keçməsi göstərilir. Pars Today-in məlumatına görə, THE WAR ZONE saytı bu videoya istinad edərək, İsrailin yanacaq dolduran təyyarələri və qırıcılarının Yəmənə hücum etmək üçün Əl-Humida şəhəri də daxil olmaqla görünən Səudiyyə hava məkanında uçduğunu açıqlayıb.
X şəbəkəsində görüntüləri dərc edən hüquq müdafiəçisi Furkan Gözükara məsələ ilə bağlı "İsrail dünən Yəməni bombalamağa gedərkən Səudiyyə Ərəbistanının hava məkanından yanacaq doldurmaq üçün istifadə etdi" yazıb.
Yemenshabab internet saytı da bu videonu nümayiş etdirərək, səudiyyəlilərin sayəsində İsrailin son hücumunun 1985-ci ildə Tunisdəki Fələstin Azadlıq Təşkilatı bazasına hücumundan sonra rejimin ən uzun döyüş missiyası olduğunu açıqladı.
Sosial şəbəkələrin bəzi fəalları da İsrail döyüş təyyarələrinin Səudiyyə Ərəbistanının hava məkanını keçdiyini əks etdirən görüntüləri dərc edərək, Ər-Riyadın Yəməni hədəfə almaqda İsraillə şərik olmasına heyrətləniblər.
X sosial şəbəkəsinin Sizif adlı istifadəçisi səudiyyəlilərin sionist rejimlə işbirliyinə heyrətini ifadə edərək yazıb: “Bir ərəb ölkəsinin yəhudi hərbçilərinə başqa bir ərəb ölkəsini bombalamaqda kömək etməsi inanılmazdır”.
İstifadəçi daha sonra bu sualı verir: "Sizcə, Səudiyyə Ərəbistanının İsrailin Yəmənə hücumlarında iştirak etmədiyi barədə daha əvvəl açıqlamasına baxmayaraq, İsrail niyə bu görüntüləri dərc edir?"
Qeyd edək ki, sionist rejimin döyüş təyyarələri Yəmənə son hücumlarında bazar günü Əl Hudeyda şəhərini, onun beynəlxalq hava limanını və elektrik stansiyasını hədəfə alıb.
Sionist rejimin məlumatına görə, Əl Hudeydəyə hücum Yəmənin İsrail hərbi mövqelərinə ballistik raketlərlə 3 dəfə raket hücumundan sonra həyata keçirilib.
Yəmən ordusu son aylar ərzində Qəzza zolağında Fələstin xalqının müqavimətini dəstəkləmək üçün sionist rejimi dənizdə mühasirəyə alıb və İsrail rejiminin bir neçə hərbi obyektinə raket zərbələri endirib.
Yəmən hərbi qüvvələri sionist rejim Qəzzəyə hücumlarını dayandırana qədər işğal olunmuş ərazilərə hücumlarını davam etdirməyə sadiqdir.
Bu, Səudiyyənin varisi Məhəmməd bin Salman bir müddət əvvəl ABŞ dövlət katibinə demişdi ki, Fələstin məsələsi şəxsən onun üçün əhəmiyyət kəsb etmir!!!
Atlantic jurnalı Bin Salmanın da ölkəsində Fələstinin xeyrinə hər hansı şüarın qadağan olunduğunu dediyini açıqlayıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024