Mobil versiya
"Heydər Əliyevin elmə yüksək qiymət verməsinin əsas səbəblərindən biri də..."
Tarix: 12-12-2016 | Saat: 14:13
Bölmə:Karusel | çapa göndər

"Heydər Əliyevin elmə yüksək qiymət verməsinin əsas səbəblərindən biri də..."




Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev respublikada rəhbərlikdə olduğu bütün dövrlərdə Azərbaycan elminə maraq, qayğı göstərib.
aia.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib.

E.Babayevin sözlərinə görə, ümummilli lider Heydər Əliyevin elmə, alimə həmişə yüksək qiymət verməsinin ilk səbəbi özünün də elmi təfəkkür sahibi olması, öz fəaliyyətini həmişə elmi prinsiplər üzərində qurması, intellektual potensiala arxalanması idi.

Fondun icraçı direktoru hesab edir ki, ulu öndərin respublikada rəhbərlikdə olduğu bütün dövrlərdə Azərbaycan elminə göstərdiyi qayğı və dəstək elə buradan qaynaqlanır:

"Yüksək intellektli şəxsiyyət olan Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanıb. Ulu öndər intellektual bazanın istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən mühüm amillərdən biri olduğunu qeyd edib. Heydər Əliyev hakimiyyətinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə, xalqın intellektual gələcəyini düşünüb".

E.Babayev qeyd edib ki, Heydər Əliyevin yürütdüyü siyasətin uzaq hədəflərə hesablanması da məhz onun dərin elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtlənir.

Onun sözlərinə görə, mütərəqqi yeniliklərin tətbiqi yolu ilə elm və milli təhsil sisteminin müasirləşdirilməsi, fəal maarifçilik kursunun həyata keçirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti və savadı ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi məsələləri müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fəaliyyətinin bütün mərhələlərində prioritet məsələlərdən olub.

E.Babayev əlavə edib ki, elmi-intellektual sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti və etibarlı təminatı hesab edən ulu öndər Heydər Əliyev elm və milli təhsil sisteminin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirib.

Fondun icraçı direktoru ümummilli lider Heydər Əliyevin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni şəraitin tələblərinə uyğun şəkildə, yaradıcılıqla və inamla davam etdirildiyini vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024