Mobil versiya
“Xanbulan” İstirahət Mərkəzinin rəhbəri Tofiq Heydərov fəaliyyətində pozuntu aşkarlandı
Tarix: 05-09-2025 | Saat: 12:14
Bölmə:Ölkə | çapa göndər

“Xanbulan” İstirahət Mərkəzinin rəhbəri Tofiq Heydərov fəaliyyətində pozuntu aşkarlandı

Lənkəran rayonunda yerləşən “Xanbulan” İstirahət Mərkəzinin rəhbəri Tofiq Heydərov barəsində maliyyə cəriməsi qərara alınıb.

Qaynarinfo-nun məlumatına görə, “Xanbulan-Turizm İstirahət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə maliyyə sanksiyası tətbiq edilib.

Yoxlama zamanı əmək müqavilələrinin bağlanması ilə bağlı tələblərin pozulmasına dair akt əsasında 4000 manat, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına dair akt əsasında isə 1000 manat olmaqla, ümumilikdə 5000 manat cərimə kəsilib.

Qeyd edək ki, “Xanbulan-Turizm İstirahət Mərkəzi” MMC Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınıb və onun qanuni təmsilçisi Tofiq Ələddin oğlu Heydərovdur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-09-2025