Mobil versiya
Daşkənddə Azərbaycan-Özbəkistan ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib -Foto
Tarix: 05-09-2025 | Saat: 12:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

Daşkənddə Azərbaycan-Özbəkistan ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi və rəhbərlik etdiyi nümayəndə heyəti “Hərbi sahədə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edilməsi üzrə qərargah danışıqları”nda iştirak etmək məqsədilə Özbəkistanda səfərdə olub.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, Daşkənd şəhərində hər iki ölkənin müvafiq idarələrinin geniştərkibli heyətinin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planının layihəsi müzakirə edilib.

Səfər çərçivəsində, həmçinin Çimqan Dağçılıq Təlim Mərkəzi ziyarət olunub.

Mərkəzlə tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun da cəlb olunduğu “Dağ döyüşçüsü kursu”nun buraxılış mərasimində iştirak edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-09-2025