Mobil versiya
Bizə qarşı ideoloji təxribatlar davam edir
Tarix: 27-09-2024 | Saat: 16:26
Bölmə:Özəl | çapa göndər

Bizə qarşı ideoloji təxribatlar davam edir

Azərbaycan Prezidenti İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı qarşımızda dayanan vəzifələri diqqətə çatdırdı. Dövlətimizin başçısı bildirdi ki, qazanılan nailiyyətlər bizi arxayınlaşdırmamalıdır. Çünki xarici qüvvələr Azərbaycana qarşı çirkin planlarını davam etdirir. Bununla mübarizədə ideloji işin gücləndirilməsi vacib məsələlərdən biridir. Prezident xüsusilə diqqətə çatdırdı ki, istənilən ideoloji təxribatın Azərbaycanda kök salması qeyri-mümkündür. Bununla belə, dövlət başçısı bildirdi ki, bu, bizi sakitləşdirməməlidir. Bəli, xaricdən yürüdülən aqressiv təbliğatın qarşısını almaq üçün hər birimizin sayıq olması zəruridir.

Prezident çıxışında daha bir önəmli məqama toxunaraq bəyan etdi ki, Azərbaycana qarşı ideoloji təxribatlar davam edir. Dövlət başıçısı həmin təxribatların bu günə qədər heç bir nəticəsinin olmadığını vurğuladı, bunların qarşısında xalqımızın güclü iradəsinin və milli ruhumuzun dayandığını qeyd etdi. Azərbaycanın özünün milli azərbaycançılıq ideologiyası var. Ulu Öndər Heydər Əliyevin ideyaları, azərbaycançılıq ideologiyası ildən-ilə daha da güclənir. Yeni nəsil məhz bu ideologiya ilə böyüyür. Ona görə də Qərbin ideoloji təxribatlarının Azərbaycanda heç zaman təsir ola bilməz. Azərbaycançılıq ideologiyası ölkəmizdə yüksək səviyyədə tətbiq edilib. Azərbaycan xalqı, Azərbaycan dövləti öz milli ideologiyasına sadiqdir. Buna görə də Qərb dövlətlərinin apardığı ideoloji təxribatların da nəticəsi ölkəmizdə sıfıra bərabərdir. Çünki bunun qarşısını alacaq xalqın gücü, milli ruhu var. Uzun illər dövlətin milli ideologiyanın təbliği ilə bağlı təşkil etdiyi tədbirlər öz müsbət nəticəsini verib.Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı bir sıra mühüm məsələlərlə yanaşı, ölkəmizin ideoloji təxribatlara və informasiya təhdidlərinə hazır olması vacibliyini xüsusi qeyd edib. “İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir – bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil”. Dövlət başçısı VII çağırış Milli Məclisin ilk iclasında diqqəti Azərbaycanın mötəbər tədbirə  - COP29-a evsahibliyinə yönəldərək bildirdi ki, konfransın ölkəmizdə keçirilməsi 200-ə yaxın dövlət tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Xarici siyasətdə bundan sonra da geriyə heç bir addımın olmayacağını vurğulayan ölkə rəhbəri bütün qitələrdə dostlarımızın sayının artdığını bildirdi. Vurğuladı ki, biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq.Azərbaycan müstəqil, prinsipial xarici siyasət həyata keçirir. Ölkəmiz əməkdaşlıq məkanı kimi nüfuz qazanır. Ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin say tərkibinə, onların əhatə etdiyi mövzulara diqqət yetirsək, ölkəmizin beynəlxalq nüfuzunun yüksək səviyyədə, hər bir sahədə zəngin təcrübəyə malik olduğunu böyük inamla qeyd edə bilərik. Yaxın vaxtlarda ölkəmizin ev sahibliyi edəcəyi COP29 bir daha bu məqamların təqdimatı olacaq. Hər bir qlobal problemin həllində Azərbaycanın mövqeyinin önəmli olması dövlətimizin siyasətinin beynəlxalq səviyyədə təqdir edilməsinin nümayişidir.

Cənab Prezidentin ideoloji işin gücləndirilməsi ilə bağlı tövsiyələri bizim fəaliyyətimizin əsas istiqamətlərindən biri olmalıdır. Çünki əhalinin maarifləndirilməsi, ictimaiyyətə əsl həqiqətlərin çatdırılması və gənc nəslin milli vətənpərvəlik ruhunda yetişməsi baxımından ideloji iş çox mühüm amildir.Bundan başqa, Prezident İlham Əliyev ərazi bütövlüyü bərpa olunmuş ölkənin ali tribunasından ölkəyə və dünyaya mühüm mesajlar verdi. Prezident qətiyyətlə bildirdi ki, Azərbaycan beynəlxalq arenada milli maraqlarını müdafiə etməyə davam edəcək, xarici siyasətdə heç bir geriyə addım olmayacaq və heç bir qüvvə bizi  haqq işimizdə dayandıra bilməyəcək.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024