Mobil versiya
"Qəbələ"nin futbolçusu hava limanında saxlanıldı - SƏBƏB
Tarix: 10-12-2016 | Saat: 13:56
Bölmə:İdman | çapa göndər

"Qəbələ"nin futbolçusu hava limanında saxlanıldı - SƏBƏB





"Qəbələ" klubunun futbolçularından biri Almaniyanın Frankfurt hava limanında problemlə üzləşib.

Aia.Az report-a istinadən xəbər verir ki, adı açıqlanmayan oyunçu Portuqaliyadan aldığı oturum icazəsi müddətinin 4 dekabrda başa çatması səbəbindən federal polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə "qırmızı-qaralar" "Maynts"la Avropa Liqasının qrup mərhələsinin VI tur matçına yollanarkən baş verib. Xəbərdə bildirlir ki, hərtərəfli araşdırmalardan sonra istisna hal kimi həmin futbolçuya 60 avroluq müvəqqəti viza açılıb. Bundan sonra futbolçu sərbəst buraxılıb və məsələ meydanda ədalətli oyunun xeyrinə həll olunub.
Klubun meneceri Səbuhi Səfiyarlı sayta açıqlamasında belə bir hadisənin baş verdiyini təsdiqləyib. O, belə bir problemlə liberiyalı yarımmüdafiəçi Teo Uiksin üzləşdiyini söyləyib: "Uiksin Portuqaliya oturumunda qalma müddəti ilə bağlı problem çıxmışdı. Sonradan özləri 3 günlük Almaniya vizası verdilər. Ciddi bir problem deyildi və tezliklə həllini tapdı".
Qeyd edək ki, görüş "Maynts"ın qələbəsi ilə yekunlaşıb - 2:0. Teo Uiks "Qəbələ"yədək Türkiyənin "Ankaraspor", "Ankaragücü", "Çaykur Rizespor", "Göztepe", Portuqaliyanın "Maritimu", Kiprin "Ermis Aradippu" komandalarında çıxış edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-11-2024