Mobil versiya
Gənc riyaziyyatçının uğurları Azərbaycan təhsilinə göstərilən diqqət və qayğının bir təzahürüdür -Foto
Tarix: 20-09-2024 | Saat: 12:50
Bölmə:Karusel / Özəl / Təhsil | çapa göndər

Gənc riyaziyyatçının uğurları Azərbaycan təhsilinə göstərilən diqqət və qayğının bir təzahürüdür

Böyük potensiala malik olan Azərbaycan gəncliyi Vətənimizin işıqlı gələcəyinin qurucusudur. Gəncləri cəmiyyətimizin aparıcı qüvvəsi edən xüsusiyyətlər onların fiziki və mənəvi cəhətdən sağlam olmaları, dünyada gedən prosesləri düzgün qavramaq və təhlil edtmək bacrıqları, müasir texnologiyalarla işləmək qabiliyyətləri və əlbəttə ki, bütün bunlarla yanaşı milli-mənəvi dəyərlərimizə sahib çıxmalarıdır. Bu gün ölkəmizdə gənclərin potensialının düzgün istiqamətlənməsinə yönələn tədbirlər cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin uzaqgönliyinin və effektivliyinin göstəricisidir. Məhz bu tədbirlər hazırda gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb.

Belə bir vacib məqamı da vurğulamaq lazımdır ki, xüsusilə son illər ərzində dövlət başçımızın diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması bu günümüzün reallıqlarıdır. Bu gün Ölkə Prezidentinin Azərbaycanın müasirləşdirilməsi siyasətinin tərkib hissəsi olaraq təhsil sahəsində də ciddi islahatlar həyata keçirilir. Respublikanın dövlət büdcəsində təhsil sahəsinə ayrılan xərclər ilbəil artır. Azərbaycanda təhsil sisteminin daha da inkişafı üçün məqsədyönlü, irimiqyaslı işlər görülür.Müasir dövrün bütün tələblərinə cavab verən, hətta onları qabaqlayan gənclər siyasəti və təhsil siyasəti sayəsində hazırda Azərbycan cəmiyyətində yüksək intellektə malik olan, geniş dünyagörüşlü və innovasiyalara maraq göstərən gənclər nəsli formalaşıb. İstedadlı gənclərin öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün respublikamızda hər bir şərait yaradılıb.

Bu gün Azərbaycanı beynəlxalq bilik yarışmalarında ləyaqətlə təmsil edən gənclərimizdən biri də gənc riyaziyyatçı Amil Cəbiyevdir. Amil Cəbiyev 2003-cü ildə İsmayıllı rayonunun Minkə kəndində anadan olub. 2009-2018 F. Hüseynov adına Minkə kənd ümumi orta məktəbində, 2018-2020 V. Qəhrəmanov adına Keyvəndi kənd tam orta məktəbində təhsil alıb. 2020-ci ildə 617 balla Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisasına qəbul olub. Doğma Azərbaycanımızı xarici ölkələrdə uğurla təmsil edən Amil Cəbiyevin riyaziyyat sahəsində yüksək biliklərə malik olması onun istər respublika, istərsə də beynəlxalq səviyyəli fənn olimpiadalarında göstərdiyi nəticələrdə də öz əksini tapıb. Belə ki, gənc istedad hər il keçirilən Universitet Tələbələri arasında Respublika Riyaziyyat Olimpiadasında 2023-cü ildə 1-ci, 2024-cü ildə isə 2-ci yerə sahib olmuşdur. Eyni zamanda Amil Cəbiyev həmin illərdə keçirilən Universitet Tələbələri arasında Beynəlxalq Riyaziyyat Olimpiadalarında (İMC) da uğurla iştirak etmişdir. Gənc həmyerlimiz 2023-cü ildə həvəsləndirici sertifikata layiq görülmüş, növbəti, 2024-cü ildə isə nəticəsini daha da yaxşılaşdıraraq bürünc medala sahib olmuşdur. Bir məqamı da qeyd edək ki, Amilin bu sahəyə marağı və istedadı heç də boş yerdə formalaşmayıb. Belə ki, gənc istedadın atası Famil Cəbiyev də riyaziyyat müəllimidir və “bütün elmlərin şahı”na olan bu sevgini də oğluna Famil müəllim aşılayıb. İnanırıq ki, Amil Cəbiyev gələcəkdə Azərbaycan elminin dünyada olan şöhrətinin daha da artmasına böyük töhfələr verəcək.

Bu kiçik yazını isə Ölkə Prezidenti cənab İlham Əliyevin öz tarixi çıxışlarından birində gənclərə tövsiyyə olaraq səsləndirdiyi bir fikirlə tamamlamaq istəyirik: “Mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024