Türkiyə-Rusiya yaxınlaşmasının Azərbaycana və Qarabağ probleminin həllinə təsiri
Tarix: 09-12-2016 | Saat: 12:14
Bölmə:Siyasət / Karusel | çapa göndər
Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşması Azərbaycanın da lehinədir. Bu yaxınlaşma hansısa formada Dağlıq Dağlıq münaqişəsinin də həllinə təsir edəcək.
Bunu "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov Milli.Az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, son zamanlar Qərb Rusiyaya qarşı kəskin mövqe tutub, bu ölkəyə qarşı sanksiyalar tətbiq olunub, siyasi, iqtisadi, hərbi təzyiqlər davam edir. Türkiyədə də çevriliş cəhdindən sonra Qərblə münasibətlər xeyli korlanıb. Türkiyənin Fətullah Gülənə görə ABŞ-la, qaçqın-miqrant məsələlərinə görə isə Avropa ilə münasibətlərində ciddi ziddiyyətlər yaranıb. Ona görə də yaranmış vəziyyətin fonunda son aylar Rusiya ilə Türkiyə arasında müşahidə edilən yaxınlaşmanın həm siyasi, həm iqtisadi, həm hərbi tərəfləri var:
"Əvvəla, hər iki ölkənin dövlət başçıları tərəfindən siyasi münasibətlər yüksək səviyyəyə qalıdırılıb, V.Putin və R.T.Ərdoğanın qarşılılqlı səfərləri həyata keçirilib. Baş nazirlər - B.Yıldırım və D.Medvedev, eləcə də digər rəsmi şəxslər iqtisadi münasibətləri qaydaya qoymağa və inkişaf etdirməyə çalışır. İki ölkə arasında iqtisadi maraqlar əsasən, energetika sahəsində üst-üstə düşür. Çünki Rusiya öz enerji resurslarını Avropaya ixrac yolları ya Ukrayna və digər şimal ölkələrindən, ya da cənubdan Türkiyə ərazisindən keçirməlidir. Türkiyə isə Rusiya ilə Atom Elektrik Stansiyasının inşası, eləcə də bəzi hərbi sahələrdə əməkdaşlıqda maraqlıdır".
Ekspertin fikrincə, hadisələrin bu cür gedişatı Azərbaycanın lehinədir: "Çünki əvvəla, Azərbaycanın həm Rusiya, həm də Türkiyə ilə münasibətləri yüksək səviyyədədir. İkincisi, Türkiyə-Rusiya münasibətlərinin istiləşməsində Azərbaycanın da böyük rolu olub. Məşhur təyyarə hadisəsindən sonra Azərbaycan hər vəchlə bu münasibətlərin yaxşılaşmasına çalışıb. Üçüncüsü, Rusiyanı indi Türkiyə ilə əlaqələrdə, əsasən, Ukrayna-Krım və Suriya məsələlərinə, Türkiyəni isə Suriya, Qarabağ və digər məsələlərə olan münasibət maraqlandırır. Bütün bunların Azərbaycana çox böyük faydası ola bilər. Mövlud Çavuşoğlunun da iki gün öncə Sergey Lavrovla görüşməsi, daha sonra Azərbaycana gəlişi göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı pərdəarxası bəzi hadisələr cərəyan edir, müəyyən gizli məsələlər var".
E.Ələsgərov hesab edir ki, həm Rusiya, həm də Türkiyə indi Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır: "Təbii ki, Türkiyə Qafqazda Rusiya ilə əməkdaşlıq etmək istəyir. Bunun üçün isə Dağlıq Qarabağ münaqişəsi hansısa şəkildə həll olunmalıdır. Türkiyənin marağı odur ki, Qafqazda sülh-əminamanlıq olsun, iqtisadi baxımdan sərbəst şəkildə əməkdaşlıq eləsin, get-gəl olsun. Lakin Türkiyə ilə Ermənistan arasında sərhədin bağlı qalması isə buna əngəl olur. Buna da əsas səbəb Dağlıq Qarabağ münaqişəsidir. Nə qədər ki, bu münaqişə həll olunmayıb Türkiyənin də əli-qolu bağlı olaraq qalır. Ona görə rəsmi Ankara bu konfliktin tezliklə həllində maraqlıdır. Rusiyanın isə yeni xarici siyasət konsepsiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli bir prioritet kimi göstərilib. Rusiyanın cənub sərhədlərində belə bir hərbi münaqişənin olması və yenidən qızışması onun xeyirinə deyil. Ermənistan Rusiyanın hərbi müttəfiqi olsa belə, Moskva istəyir ki, bu məsələ həllini tapsın və bu istiqamətdə müəyyən addımlar atır".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ