Mobil versiya
Məleykə Abbaszadə“Yüksəliş” müsabiqəsinin finalçıları ilə görüşüb
Tarix: 20-08-2025 | Saat: 17:01
Bölmə:Təhsil | çapa göndər

Məleykə Abbaszadə“Yüksəliş” müsabiqəsinin finalçıları ilə görüşüb

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu il keçirilən “Yüksəliş” müsabiqəsinin bir qrup finalçısı ilə görüş keçirib.

DİM-dən aia.az-a bildirilib ki, görüş “Yüksəliş” müsabiqəsinin iştirakçıları və Mərkəz arasında təcrübə mübadiləsi aparmaq, faydalı mövzularda təlimlər təşkil etmək və sosial layihələr həyata keçirmək məqsədilə təşkil olunub.

Görüşdə DİM-in müsabiqə zamanı iştirakçıların bilik və kompetensiyalarının ölçülməsində rolu, dünya təcrübəsində mövcud tendensiyalar və onların Azərbaycanda tətbiqi zamanı yarana biləcək çətinliklər və real imkanlar barədə müzakirələr aparılıb.

Qonaqlar, həmçinin DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixinə aid muzey ilə tanış olublar.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür. Bundan əlavə, müsabiqə zamanı istifadə olunan müəyyən qiymətləndirmə alətləri DİM tərəfindən hazırlanır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-08-2025