Mobil versiya
Fransanın Bakıya göndərdiyi yeni səfir kimdir? - DETALLAR
Tarix: 20-08-2025 | Saat: 10:54
Bölmə:Manşet / Siyasət | çapa göndər

Fransanın Bakıya göndərdiyi yeni səfir kimdir? -

Fransa Azərbaycana yeni səfir təyin edib. Diplomat Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri vəzifəsinə gətirilib.

“Fransaya, maraqlarımıza və həmvətənlərimizə Azərbaycanda səfir kimi xidmət edəcək olmağım mənim üçün böyük şərəfdir", - o, sosial media hesabında bildirib.

Diplomat Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan regionda Fransa-Azərbaycan əlaqələrini daha da inkişaf etdirməyi səbirsizliklə gözlədiyini qeyd edib.

aia.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, yeni diplomatın son iş yeri Fransanın Xarici İşlər Nazirliyi (XİN) olub.

Laqut Paris Siyasi Araşdırmalar Elmləri İnstitutunda İctimaiyyətlə Əlaqələr üzrə Magistr dərəcəsinə yiyələnib və 2008-ci ildə Fransa Xarici İşlər Nazirliyinə daxil olub. Parisdə Avropa İttifaqı Direktorluğunda məsul işçi kimi fəaliyyətə başlayıb.

2011-ci ildə o, Fransanın Avropa İttifaqı yanında Brüsseldəki Daimi Nümayəndəliyinə qoşulub, burada iqlim və ətraf mühit, daha sonra daxili bazar üzrə danışıqlar aparan şəxs və məsul komandanın koordinatoru təyin edilib. 2015-2017-ci illərdə Fransanın İsraildəki səfirliyində mətbuat departamentinin rəhbəri vəzifəsində çalışıb.

O, 2017-2019-cu illərdə Avropa İşləri Naziri kabineti rəhbərinin müavini və Xarici İşlər Nazirinin Avropa məsələləri üzrə siyasi müşaviri vəzifələrində çalışıb.

Diplomat 4 il Fransanın Monrealda Baş Konsulu olub. Daha sonra isə Xarici İşlər Baş Müfəttişliyində vəzifə icra edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-08-2025