Mobil versiya
100 mindən çox Ukrayna vətəndaşı Azərbaycana gəlib
Tarix: 20-08-2025 | Saat: 10:47
Bölmə:Gündəm | çapa göndər

100 mindən çox Ukrayna vətəndaşı Azərbaycana gəlib

2022-ci ilin mart ayından cari ilin iyul ayınadək ümumilikdə 2 milyon 176 min 436 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib.

aia.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, gələnlərdən 2 milyon 67 min 278 nəfəri Rusiya, 109 min 158 nəfəri Ukrayna vətəndaşıdır.

Eyni zamanda 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı 314 min 549 nəfər, Ukrayna vətəndaşlarının sayı isə 17 min 138 nəfər olub.

Bundan başqa, 2022-ci ilin mart ayından 2024-cü ilin iyul ayınadək isə ümumilikdə 1 milyon 535 min 889 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib. 2024-cü ilin yanvar-iyul aylarında isə 438 min 66 nəfər Rusiya, 20 min 189 nəfər Ukrayna vətəndaşı da Azərbaycana giriş edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-08-2025