Mobil versiya
COP29 tədbiri ətraf mühit məsələsi olmaqla yanaşı, həm də insan sağlamlığına diqqətin artırılması deməkdir
Tarix: 20-09-2024 | Saat: 11:16
Bölmə:Gündəm | çapa göndər

COP29 tədbiri ətraf mühit məsələsi olmaqla yanaşı, həm də insan sağlamlığına diqqətin artırılması deməkdir

Hazırda dünyada ətraf mühitdə baş verən proseslər, ekoloji durum, bütün bu tendensiyaların fonunda insan amili, sağlamlığı geniş auditoriyanı düşündürən mühüm məsələdir. İqlim dəyişikliyinin dünyada ciddi fəsadlar yaratması insanın sağlıq durumuna təsirsiz ötüşmür. Yəni COP 29 yalnız ekologiya və ətraf aləmlə bağlı deyil. Bu, həm də insan sağlamlığı, mövcud problemlərin həllinə dəstək məqsədilə atılacaq addımlardır. Məhz belə önəmli tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin bir çox qlobal problemlərin həllinə töhfəsi olacaq.

Onu qeyd edim ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi miqyasına görə heç də BMT-nin Baş Assambleyası qədər əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun ən bariz göstəricilərindən biridir. Bu da Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahiblik etməsinin nəticəsidir.

Məntiqlə yanaşanda da bu qənaətə gəlmək olar ki, ətraf aləmin qorunması, dünyada zəruri həyat mənbəyi olan yaşıl meşə örtüyünün zənginləşməsi və ümumilikdə, “yaşıl enerjiyə” keçidin sürətlənməsi birbaşa insan faktoru, sağlamlığı ilə bağlıdır. Çox müsbət haldır ki, ölkəmiz bütün resursları ilə bu prosesə dəstək verir. COP 29-un Azərbaycanda keçirilməsi həm “yaşıl enerji”yə keçid üçün yeni imkanlar yaradır, həm də ölkəmizin dünya miqyasında olan yüksək nüfuzunu göstərir. Çünki belə toplantı ən mühüm beynəlxalq tədbirlərdən biridir.

Azərbaycan Prezidenti İlham Əliyev bütün fəaliyyətində insan amilini əsas məqsəd kimi qarşıya qoyur. Belə konfransın və “yaşıl enerji”yə keçidin əsas hədəflərindən biri Azərbaycan vətəndaşının sağlamlığının qorunmasını, həm də dövlətimizin dünyada söz sahibi olmasını göstərən zəruri məqamdır. Şübhəsiz ki, bir çox tədbirlər kimi, ölkəmiz COP29-u da uğurla həyata keçirəcək və özünün yüksək təşkilatçılıq bacarığını, insanların sağlamlığına göstərdiyi qayğını dünyaya bir daha nümayiş etdirəcək.

Onu da xatırlatmaq istərdim ki, Cənab Prezident İlham Əliyev Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə də əsas diqqətdə saxladığı məsələlərdən biri COP29 olduğunu bildirmişdi. Dövlət başçısı vurğulamışdı ki, COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir.
COP tədbirlərinin məqsədi haqqında onu demək istərdik ki, bu mötəbər toplantının əsas hədəflərində dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdan ibarətdir.

Həmçinin inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaqda kömək etməsi əsas hədəflər sırasındadır.

Bundan əlavə COP 29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq vacib istiqamətlərdəndir.

Burada çox vacib məqamlardan biri odur ki, Azərbaycan ətraf mühitin qorunmasına, dünyada zəruri həyat mənbəyi olan yaşıl meşə örtüyünün zənginləşməsinə və ümumilikdə, “yaşıl enerjiyə” keçidin sürətlənməsinə öz töhfəsini verməklə bərabər ölkəmizin zəngin təbii resursları, Qarabağda əhəmiyyətli quruculuq işləri ilə bağlı dünyaya məlumatlar çatdıracaq. Hər bir əcnəbi qonaq Azərbaycanın postmüharibə dövründəki inkişaf modeli ilə, turizm potensialı, zəngin mədəniyyəti, milli musiqiləri, çeşidli mətbəxi ilə tanış olacaqlar. Biz əminik ki, COP 29 toplantısı Azərbaycanın dünyaya yeni baxışını ortaya qoyacaq.

Digər tərəfdən 30 illik işğal dövründə ermənilərin Azərbaycanın ekologiyasına, meşə fonduna, saysız-hesabsız tarixi abidələrimizə vurduğu ziyanla bağlı real görüntüləri, təkzibolunmaz faktları əcnəbilərə təqdim etmək imkanı yaranacaq. Biz bu imkanlardan yararlanmalıyıq. Azərbaycan zəngin potensialını, “yaşıl enerjiyə” keçid prosesinə verdiyi töhfəni nümayiş etdirməklə bərabər, ermənilərin son 30 ildə ətraf aləmə qarşı törətdiyi vəhşilikləri, dağıdılmış şəhər və kəndlərimizin son görüntülərini xaricdən gələn qonaqlara göstərməliyik. Bütün bu amillər ölkəmizin haqlı, ədalətli mövqeyini bir daha ortaya qoyacaq. Geniş bir auditoriyanın Azərbaycanı yaxından tanımasına imkanlar yaranacaq.

Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru
Dr. Asiman Həsənov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024