Mobil versiya
42 minə yaxın tələbəyə təhsil krediti verilib
Tarix: 16-09-2024 | Saat: 16:51
Bölmə:Təhsil | çapa göndər

42 minə yaxın tələbəyə təhsil krediti verilib

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günə qədər Təhsil Tələbə Krediti almaq üçün müraciətlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan aia.az-a verilən məlumata görə, tələbə krediti üçün ümumilikdə 54065 nəfər müraciət edilib.

Onlardan 41268 nəfərə kredit verilib. 14231 nəfərə sosial, 27037 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib.

Bildirilib ki, müraciətlərin 917-si natamam olub, 10267 müraciətə isə imtina verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə