Ukraynaya dəstək ağır idi!
Tarix: 09-09-2024 | Saat: 10:43
Bölmə:Özəl | çapa göndər
Son günlər Cənub-Şərqi Avropa ölkələrində elektrik enerjisinin qiymətinin artması istehlakçıların üsyanına səbəb olub. AB üzvü Balkan ölkələri, infrastrukturu dağıdılan Ukraynaya elektrik dəstəyinin yükünü daşımaq məcburiyyətində qaldıqlarını bildirərək, enerji sahəsində ortaq bir strukturun qurulmasını istəyirlər.Rusiyanın hücumları nəticəsində enerji infrastrukturu böyük ölçüdə məhv edilən Ukraynada elektrik enerjisi böyük ölçüdə Avropa İttifaqının (Aİ) dəstəyi ilə təmin edilir. Lakin Şərqi Avropa və xüsusilə Balkan ölkələrindən şikayətlər var ki, bu məsələdə Aİ onları tək buraxıb. Balkan ölkələri coğrafi yaxınlıq səbəbiylə enerji dəstəyi yükünü böyük ölçüdə öz üzərinə götürərkən, Yunanıstanın bu mövzuda yeni bir addım atmaq üzrə olduğu bildirilir. Kathimerini qəzetindəki xəbərə görə, elektrik enerjisi qiymətlərində ilk dəfə keçən iyul ayında Cənub-Şərqi Avropada müşahidə edilən nəhəng artım qalıcı ola bilər. Xəbərdə bildirilir ki, artım hökumətin təşviqləri ilə aradan qaldırıla bilmədiyi üçün Avropa Birliyinə üzv olan Balkan ölkələri ilə ortaq cəbhə yaratmaq təşəbbüsü irəli sürülüb.
Payız mövsümünə qədəm qoyduqca Balkan bölgəsində elektrik enerjisinin yüksək qiymətləri ilə bağlı narahatlıqlar artıb. Sentyabrda yaşayış evlərinin elektrik enerjisi qiymətləri üçün subsidiya 1,4 sent müəyyən edilib. Ukrayna qonşu ölkələrdən daha çox enerji çəkdiyi üçün enerji böhranının daha geniş regiona yayılacağı ilə bağlı narahatlıqlar var. Tələbin daha da artacağı təqdirdə Avropa İttifaqının müdaxilə etməli olduğu bildirilir. Rusiyanın Ukraynada ölkənin elektrik infrastrukturunu hədəf alan ən böyük hücumu ötən ay baş verib. Ukrayna Hərbi Hava Qüvvələri ölkənin demək olar ki, bütün bölgələrinin, Xarkov və Dnepr kimi cəbhəyanı şərq bölgələrindən tutmuş cənub liman şəhəri Odessa və paytaxt Kiyevə qədər raketlər və pilotsuz uçuş aparatları ilə hədəf alındığını açıqlayıb. Elektrik və internet bağlantısı tamamilə kəsilib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025