Telman Quliyev: “Ulu Öndər Heydər Əliyev 1991-1993-cü illərdə özünün zəngin təcrübəsinə əsaslanaraq Naxçıvanda milli dövlətçilik quruculuğunun təməllərini yaratdı”
Tarix: 02-09-2024 | Saat: 09:27
Bölmə:Özəl | çapa göndər
“Birmənalı olaraq qeyd edilməlidir ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizin bünövrəsində duran azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri danılmazdır və misilsizdir. O cümlədən 1990-cı ildə Ulu Öndərin Naxçıvanda hakimiyyətə gəlməsi Muxtar Respublikanın xilasını və sonrakı dirçəlişini təmin edən əsas amil oldu. Məhz həmin ilin 17 noyabr tarixində keçirilən Naxçıvan parlamentinin yeni tərkibdə ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Müharibənin davam etdiyi, sənaye və ilkin tələbat mallarının, hətta ərzaq məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin pisləşdiyi blokada şəraitində Naxçıvan Ali Məclisinin Sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində ilk növbədə Muxtar Respublikada sabitliyin, tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail oldu. Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biridir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyevin gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlar Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və inkişafını təmin etmiş oldu. Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırılan 1990-1993-cü illər Ümummilli Liderimizin siyasi fəaliyyətində mühüm yer tutur və bütün Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyət kəsb etmişdir.”
Bu sözləri aia.az-a verdiyi müsahibəsində Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyev deyib.
Fikirlərini davam etdirən müsahibimiz daha sonra qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının 1990-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilməsi Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasına gedən yolda atılan ən mühüm addımlardan biri olub: “Ulu Öndər Heydər Əliyev 1990-1993-cü illərdə özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq milli dövlətçilik quruculuğunun təməllərini yaratdı. Naxçıvandan başlayan müstəqillik yolu Azərbaycanı bugünkü parlaq Zəfərlərə, tarixi Qələbələrə gətirib çıxardıNaxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsadətə baxıldı və bundan sonra Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etdi. 1991-ci il oktyabr ayının 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra dövlət bayrağı milli suverenliyin rəmzi kimi ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs dövlət atributlarından birinə çevrilib” – deyə, Telman Quliyev fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025