İradə və siyasi cəsarət nümunəsi
Tarix: 02-09-2024 | Saat: 17:10
Bölmə:Özəl | çapa göndər
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb.Ümummilli lider Heydər Əliyevin çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də 11 transmilli şirkətin iştirakı ilə “Əsrin müqaviləsi”nin imzalanması isə müstəqil Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açdı.
Azərbaycan cəmiyyətinin milli özünüdərkə dönüşü, xalqımızın tarixi yaddaşının özünə qaytarılması, milli ruhun oyanması mərhələsinin əsası da ötən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan xalqının gerçək tarixinin öyrənilməsi, milli ədəbiyyat nümunələrinin, adət-ənənələrinin təbliğ olunması, Azərbaycan dilinin qorunması və geniş yayılması, kadrların milliləşdirilməsi, şəhər və rayonlarda sağlam ictimai mühitin yaradılması kimi cəsarətli addımların atılması Ulu Öndərin qətiyyətinin göstəricisi olmuşdur. Bu gün müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji əsasını təşkil edən azərbaycançılıq ideyasının bünövrəsinin qoyulması, onun mükəmməl bir konsepsiya şəklində irəli sürülməsi və icra olunması da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və xalqımızın həyatında keyfiyyətcə yeni mərhələnin bünövrəsi qoyuldu. Müstəqilliyin əldə edilməsi ölkəmiz qarşısında çox geniş inkişaf perspektivləri açırdı. Bu tarixi hadisə sayəsində Azərbaycan xalqı, ilk növbədə, öz həyatını sərbəst və müstəqil qurmaq imkanı qazandı. Yeni, qüdrətli dövlət qurmaq üçün respublikanın müəyyən imkanları mövcud idi. Ölkənin zəngin təbii sərvətləri, iqtisadi, siyasi və mədəni potensialı, əlverişli coğrafi mövqeyi və digər amillər Azərbaycanın regionda və dünyada özünün layiqli yerini tutmasını şərtləndirən vacib faktorlardan idi. Ümummilli Liderin dövlətçilik baxımından qısa müddət hesab olunan dövrdə xalqımıza və milli dövlətçiliyimizə qazandırdığı, bəxş etdiyi nailiyyətlər yalnız Azərbaycanın müstəqilliyini, mövcudluğunu qorumaq, onun sütunlarını möhkəmləndirmək və inkişaf yollarına çıxarmaqla məhdudlaşmır. Yeni əsrin və yeni minilliyin başlanğıcında Ulu Öndərin liderliyi ilə artıq ölkəmizin qarşısında duran bir çox məsələlər uğurlu həllini tapmış, gələcəyin güclü, qüdrətli Azərbaycanının sarsılmaz bünövrəsi qoyulmuşdur. Bu gün arzuları gerçəkliyə çevirməyi bacaran, həyat amalını hər zaman xalqın xidmətçisi olmaqda görən cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosıal-iqtisadi və mədəni həyatını əhatə edən bütün sahələrdə görülən işlər, insanların sabaha olan inamını daha da artıran uğurlu nəticələr həm də dahi Heydər Əliyevin ruhu qarşısında bir hesabatdır. Ulu öndərin müstəqil, dinamik inkişafının əsasını qoyduğu ölkəmizi Prezident İlham Əliyev ləyaqətlə, inamla, qətiyyətlə irəliyə aparır və özünün gərgin, məhsuldar fəaliyyəti ilə dövlətçiliyimizə, müstəqilliyimizə, ölkəmizin sosial-iqtisadi tərəqqisinə şərəflə xidmət edir.
Heydər Əliyev yaddaşlarda fədakarlıq simvolu kimi əbədi yaşayacaq Ulu öndər Heydər Əliyevin portretini tamamlayan ştrixlərdən biri də Onun müqayisəyəgəlməz cəsarətidir. Heydər Əliyev yaddaşlarda fədakarlıq simvolu kimi əbədi yaşayacaq. Bu dahi şəxsiyyətin timsalında müdrikliklə cəsarət, fədakarlıq müqayisəyəgəlməz bir harmoniya yaradırdı. Belə demək mümkündürsə, Heydər Əliyevin uzaqgörənliyi Onun cəsarətini, fədakarlığı isə müdrikliyini tamamlayırdı. Onun həyatı cəsarət nümunələri - ən kritik məqamlarda belə gözləmə mövqeyi tutmadan xalq, Vətən üçün zəruri olan addımları atması, taleyüklü qərarlar qəbul etməsi kimi faktlarla zəngindir. Prezident İlham Əliyev Ulu Öndərin həlledici anlarda böyük liderlik göstərərək xalqımızı xilas etməsi haqqında danışarkən demişdir: "Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur".1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunu həyata keçirərkən iqtisadi sahədə aparılan islahatların modern siyasi islahatlarla tamamlanmasına böyük diqqət yetirmiş, bu istiqamətdə ən düzgün uzlaşmanı təmin etmişdir. Prezident İlham Əliyevin yeni islahatlar strategiyası da bu mənada bir çox ölkə üçün mütərəqqi nümunə təşkil edir. Bu dövr Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, siyasi sistemin subyektləri arasında dialoq mühitinin gücləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması istiqamətlərində, ictimai və sosial xidmətlər sahəsində inqilabi nəticələrlə müşayiət olunan çoxşaxəli islahatlar həyata keçirilmişdir.1993-2003-cü illərdə Heydər Əliyevin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti quruldu, müstəqilliyin əbədiliyi və dönməzliyi təmin olundu, ölkəmiz dünya məkanında layiqli yeri tutdu. Bu gün də Azərbaycanda demokratiyanin inkişafı və insan hüquqlarının qorunması, milli qanunvericiliyimizin təkmilləşdirilməsi, hüquqi və sosial-iqtisadi islahatların reallaşdırılması, nəhəng transmilli layihələrin gerçəkləşdirilməsi, bir sözlə, xalqın rifahının yüksəldilməsini hədəfləyən fəaliyyət sahəsindəki bütün uğurların kökü məhz Heydər Əliyevin ideyalarından qaynaqlanır.
2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər dövlətçilik tariximizdə ən böyük qələbələrdən biri və birincisidir. Bu qələbə sayəsində Azərbaycan 30 ilə yaxın işğal altında olan əzəli torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etmiş, ölkəmizin qarşısında dayanan əsas problemi öz gücü, qüdrəti hesabına həll etmişdir. Həm döyüş meydanında, həm də diplomatiya cəbhəsində düşmən üzərində qazandığımız zəfərlər qürur mənbəyi, tariximizin şanlı səhifəsidir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025