Mobil versiya
Adəm İsmayıl Bakuvi: “Ulu Öndər 1990-cı ildə Moskvadan Bakıya, sonra isə Naxçıvana gəlməklə ilk növbədə Muxtar Respublikanın və daha sonra bütün ölkənin xilası missiyasını öz üzərinə götürdü”
Tarix: 31-08-2024 | Saat: 12:39
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Adəm İsmayıl Bakuvi: “Ulu Öndər 1990-cı ildə Moskvadan Bakıya, sonra isə Naxçıvana gəlməklə ilk növbədə Muxtar Respublikanın və daha sonra bütün ölkənin xilası missiyasını öz üzərinə götürdü”

“Bütün Azərbaycanda olduğu kimi, 1990-cı illərin əvvəlləri Naxçıvan Muxtar Respublikasında da ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarakterizə olunur. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması Muxtar Respublikanın mövcudluğunu ciddi şəkildə təhdid edirdi. Bütün bu təhlükə və təhdidləri aradan qaldırmaq üçün böyük siyasi təcrübəyə, yüksək beynəlxalq nüfuza və peşəkar diplomatik qabiliyyətə malik rəhbərin hakimiyyətə gəlməsi lazım idi. Belə bir rəhbər görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyev oldu. Ulu Öndər 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvana gəlməklə ilk növbədə Muxtar Respublikanın, daha sonra isə bütün ölkənin xilası missiyasını öz üzərinə götürdü. Tarix göstərdi ki, Azərbaycan xalqının Ümummilli Lideri bu missiyaların hər ikisini şərəf və ləyaqətlə, sonadək həyata keçirdi. ”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi ifadə edib.

Müsahibimiz daha sonra qeyd edib ki, 1990-cı ilin noyabr ayının 17-də keçirilmiş Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyasında qəbul edilən tarixi qərarlar bütün ölkənin gələcək taleyi üçün müstəsna əhəmiyyət kəsb etmişdir: “1990-cı il 21 avqustda Naxçıvan Ali Sovetinin Rəyasət heyəti Heydər Əliyevin Naxçıvan MSSR vətəndaşlığı barədə qərar qəbul etmişdir. 1990-cı il 30 sentyabr seçkilərində Ulu Öndər Nehrəm seçki dairəsindən Azərbaycan SSR-nin xalq deputatlığına, Naxçıvan Trikotaj Fabriki kollektivi tərəfindən isə Naxçıvan MSSR-in xalq deputatlığına seçilmişdir. 1990-cı ilin noyabr ayının 17-də 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə keçirilmişdir. Həmin sessiyada bir çox mühüm qərarlar qəbul olunmuşdur. İlk növbədə Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara almışdır. Eynu zamanda da Naxçıvan MSSR Ali Sovetinin adını dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olunmuşdur. Etiraf etmək lazımdır ki, hələ SSRİ-nin mövcud olduğu dövrdə bu cür taleyüklü qərarları qəbul və icra etmək üçün böyük siyasi iradə və cəsarət tələb olunurdu. Bundan sonra isə Naxçıvan Muxtar Respublikasının Аli Məclisi Azərbaycan SSR Ali Sovetinin qarşısında həmin bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Əlbəttə ki, Naxçıvan MR Аli Məclisinin birinci sessiyasında müzakirə olunan ən mühüm məsələlərdən biri də 1990-cı il 20 yanvar faciəsinə verilən siyasi qiymət idi. 1990-cı il 21 noyabr ayında Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul etmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvanda qəbul etdiyi ən mühüm qərarlardan biri də Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü haqqında fərman verməsi olmuşdur. Bütün bu atılan addımlar, görülən tədbirlər, 1991-1993-cü illərdə Ümummilli Lider Heydər Əliyevin Naxçıvana rəhbərliyi dövründə Muxtar Respublikanı bütün təhdidlərdən xilas edərək, tərəqqi yoluna çıxardı və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi üçün möhkəm zəmin yaratdı ” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024