İdmançımız Paralimpiya çempionu oldu - YENİLƏNİB
Tarix: 31-08-2024 | Saat: 01:00
Bölmə:Manşet / İdman | çapa göndər
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov “Paris-2024” Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.
aia.az xəbər verir ki, K44 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə türkiyəli Fatih Çeliklə qarşılaşıb.
Rəqibinə 15:2 hesabı ilə qalib gələn idmançımız Paralimpiya çempionu olub.
Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində daha əvvəl digər parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.
*** 21:46
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
aia.az xəbər verir ki, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı bu mərhələdə Javokhir Alikulovla (Özbəkistan) üz-üzə gəlib.
Rəqibinə 7:2 hesabı ilə qalib gələn Xəlilov finala vəsiqə qazanıb.
Bununla da parataekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-11-2024
13:35 8 noyabr Zəfər günüdür
07-11-2024