Mobil versiya
Gömrük attaşeləri öz funksiyalarını diplomatik nümayəndəliklərin tərkibində həyata keçirəcək
Tarix: 30-08-2024 | Saat: 16:56
Bölmə:Gündəm | çapa göndər

Gömrük attaşeləri öz funksiyalarını diplomatik nümayəndəliklərin tərkibində həyata keçirəcək

Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlardakı nümayəndələri (gömrük attaşeləri) öz funksiyalarını təyin olunduqları xarici dövlətlərdə və ya beynəlxalq təşkilatlarda akkreditə olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin tərkibində həyata keçirəcək.

aia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında” Fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırdıqdan sonra bu Fərmana uyğun olaraq razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri (gömrük attaşeləri) öz funksiyalarını təyin olunduqları xarici dövlətlərdə və ya beynəlxalq təşkilatlarda akkreditə olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin tərkibində həyata keçirirlər və öz fəaliyyətlərini həmin nümayəndəliklərin fəaliyyəti ilə əlaqələndirəcəklər.

İndiyə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələri (gömrük attaşeləri) Azərbaycan Respublikasının həmin xarici dövlətlərdəki səfirliklərinə, onların bu səfirliklərin strukturlarına və ştat cədvəllərinə daxil edilməməsi şərti ilə ezam olunurdular.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024