Mobil versiya
Özbəkistanla imzalanmış müttəfiqlik müqaviləsi qlobal sülhə və təhlükəsizliyə xidmət edir
Tarix: 30-08-2024 | Saat: 16:35
Bölmə:Özəl | çapa göndər

Özbəkistanla imzalanmış müttəfiqlik müqaviləsi qlobal sülhə və təhlükəsizliyə xidmət edir

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı ilə yanaşı, elm və təhsil, ekologiya və turizm, humanitar və mədəniyyət, iqtisadi-ticari və innovasiyalar sahəsində, eləcə də iki ölkənin Xarici İşlər Nazirlikləri, Ədliyyə və Daxili İşlər orqanları arasında əməkdaşlığa dair müvafiq beynəlxalq sənədlər imzalandı. Heç şübhəsiz ki, bütün bu sənədlərin təməlində müttəfiqlik Müqaviləsi dayanır, eyni zamanda, iki ölkə arasında dövlətlərarası münasibətlərin gələcək inkişaf perspektivlərini indidən müəyyən edir. Dörd il bundan əvvələ qədər kim təsəvvür edə bilərdi ki, Türk Dövlətləri Təşkilatına üzv olan qardaş Özbəkistanın iştirakı ilə Xankəndidə yeni yüngül sənaye müəssisəsinin yaradılması barədə qərar veriləcək?! Bir daha müttəfiqlik Müqaviləsinin strateji əhəmiyyətinə gəldikdə isə, Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqama da kifayət qədər açıq mətnlə aydınlıq gətirdi: “Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır”.

Kənan Quliyev
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025