Mobil versiya
Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir
Tarix: 30-08-2024 | Saat: 16:21
Bölmə:Özəl | çapa göndər

Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir

Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək.
Avqustun 22-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri özündə çox mühüm məqamları ehtiva edir. Azərbaycan və Özbəkistan tarixən iki yaxın xalq, iki yaxın ölkədir. Qədim tarixi birlik təməli qarşılıqlı fəaliyyətin inkişafı üçün həlledici məqamlardandır. Bu iki qardaş ölkənin liderlərinin şəxsi dostluğu Azərbaycan və Özbəkistan qarşılıqlı münasibətlərinə güclü impuls verir. Həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan da türk dünyasının qüdrətli dövlətləri hesab olunurlar.  Yeni müstəqillik dövründə ikitərəfli əlaqələr dostluq, qardaşlıq və strateji müttəfiqlik müstəvisində inkişaf etməyə başlayıb. Respublikamız strateji tərəfdaşı olan dost və qardaş Özbəkistanla qarşılıqlı fəaliyyətdə, eləcə də bir sıra beynəlxalq platformalarda uğurla əməkdaşlıq edir. Məhz bunun nəticəsidir ki, son illər ölkələrimiz arasında münasibətlər özünün ən yüksək inkişaf səviyyəsinə yüksəlib. Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində ən müxtəlif mövzularda ətraflı müzakirələr aparılmış, ölkələrimiz arasında artıq mövcud olan strateji münasibətlərin daha da inkişaf etməsinə böyük töhfələr verəcək sənədlər imzalanmışdır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına Azərbaycanda dövlət səviyyəsində daim xüsusi diqqət verilir. Əminliklə demək olar ki, bu səfər iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün yeni perspektivlər açacaq.Azərbaycan və Özbəkistan münasibətlərində daha çox diqqətçəkən məqamlardan biri Qarabağ münaqişəsinin həllində respublikamızın ədalətli mövqeyini dost ölkənin hər zaman dəstəkləməsi olub. Belə ki, Özbəkistan dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı mövqeyini qətiyyətlə dəstəkləyib. Vətən müharibəsindən sonra isə qardaş Özbəkistan işğaldan azad olunmuş torpaqlarımızın bərpa-quruculuq prosesinə fəal qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda bu ölkənin vəsaiti hesabına inşa olunmuş məktəb qardaş özbək xalqının hədiyyəsi kimi yüksək dəyərləndirilib.
Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətləri güclənir və məzmunca daha da zənginləşir. Bu səfər də münasibətlərin ən yüksək səviyyədə olduğunun göstəricisidir. İki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.

Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025