Mobil versiya
Zaqatalada keçirilən sorğunun nəticələri deputatlığa namizəd Asif Əsgərovun tam üstünlüyünü göstərdi
Tarix: 20-08-2024 | Saat: 12:13
Bölmə:Karusel | çapa göndər

Zaqatalada keçirilən sorğunun nəticələri deputatlığa namizəd Asif Əsgərovun tam üstünlüyünü göstərdi

aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu bu dəfə də Zaqatalada olmuş,112 saylı Zaqatala seçki dairəsinə daxil olan ərazidə seçicilər arasında rəy sorğusu keçirmişlər.

Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində yerlərdə formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.

Qeyd edək ki, sorğuda iştirak edən sakinlərin 62,1%-ni kişilər, 37,9%-ni isə qadınlar təşkil edib. Respondentlərin 21,5%-i 18-29 yaş, 23,7%-i 30-39, 24,2%-i 40-49, 22,1%-i 50-59 yaş, 8,5%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 41,9%-i orta təhsilli, 29,6%-i orta ixtisas təhsilli, 2,1%-i natamam ali təhsilli və 26,4%-i ali təhsilli vətəndaşlardır.

İlk növbədə respondentlərimizə ünvanladığımız “112 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin demək olar ki, hamısı Asif Əsgərovu tanıdıqlarını bildirmişlər.

“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 79,8%-i Asif Əsgərovun, 9,6%-i digər namizədlərin adını çəkmiş, 7,3% seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 3,3%-i isə “heç kimə” cavabını vermişdir.

Göründüyü kimi sorğunun nəticələri 112 saylı Zaqatala seçki dairəsində deputatlığa namizəd Asif Əsgərovun ictimai rəydə kifayət qədər böyük üstünlük təşkil etdiyini göstərir. Artıq qeyd etdiyimiz kimi, biz sorğu prosedurunun illər boyu formalaşmış sxeminə bir yenilik gətirmək məqsədlə sorğuda iştirak edən bəzi respondentlərimizin maraq doğuran cavablarını olduğu kimi sizlərə təqdim edirik:

Güllü Qasımova: Ay qızım, Asif müəllimi bu rayonda hər kəs yaxşı tanıyır. Neçə il Zaqatala rayonuna rəhbərlik edib. Həm də çox gözəl rəhbərlik edib, insanların dərdinə yanıb, qayğılarına qalıb. Yəqin ki, deputat kimi də rayonumuz üçün daha böyük işlər görəcək...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-05-2025