Mobil versiya
Cəlilabadda abidəni və ərazini hansı məmur satıb? - Fotofakt
Tarix: 04-08-2025 | Saat: 14:53
Bölmə:Ölkə | çapa göndər

Cəlilabadda abidəni və ərazini hansı məmur satıb?

Azərbaycanda kuryoz hadisə baş verib.

aia.az-ın məlumat verir ki, oxu.az -a bu barədə Cəlilabadın Göytəpə şəhər sakinləri məlumat veriblər.

Sakinlər iddia edirlər ki, rayonun Göytəpə şəhərində 1941-1945-ci il Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin əldə edilməsinə görə ucaldılan xatirə abidəsinin yeri dolayı sənədlər əsasında Almaniyada yaşayan bir şəxsə satılıb. Abidənin ərazisi isə dəmir hasara alınıb.

Şəhər sakinləri bu hala biganə qalmayıb və öz hesablarına abidəni yenidən bərpa ediblər.

Hazırda abidənin ətrafından hasarın sökülməsi üçün imzalar toplanıb, müvafiq qurumlara müraciət hazırlanır. Onların tələbi abidənin əvvəlki vəziyyətinə qaytarılmasıdır.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-08-2025