Mobil versiya
Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətlə inkişaf edir
Tarix: 29-08-2024 | Saat: 15:04
Bölmə:Özəl | çapa göndər

Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətlə inkişaf edir

Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub və iki ölkə liderlərinin - Azərbaycan Respublikasının Prezidenti İilham Əliyev cənablarının Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir. 
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-23-də Özbəkistana dövlət səfəri baş tutub. Son illər ərzində Azərbaycan və Özbəkistan prezidentləri qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini, beynəlxalq platformalarda birgə fəaliyyəti genişləndirmək istəyirlər. Hər iki ölkənin prezidentinin iqtisadi inkişaf istiqamətində siyasət yürütmələri dövlətlər üçün səmərəlidir.Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək.Özbəkistan 44 Günlük Vətən Müharibəsindəki parlaq qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Özbəkistan həm də azad Qarabağdakı quruculuq işlərinə qoşulub. 2023-cü ildə Prezident Şavkat Mirziyoyevin işğaldan azad olunan Füzuli rayonunda Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin açılışında iştirakı ölkələrimiz arasındakı dostluq və qardaşlığın rəmzinə çevrildi. Bu gün hər iki dövlət başçısı beynəlxalq səviyyədə iqtisadi və enerji layihələrinin həyata keçirilməsi üçün faydalı əməkdaşlıq edir.İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 23 avqustunda Özbəkistana  rəsmi səfəri xüsusi qeyd olunmalıdır. İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Xüsusi vurğulamaq lazımdır ki, Şavkat Mirziyoyev Özbəkistanda Prezident seçildikdən sonra bu əlaqələr ən yüksək səviyyəyə çatıb. Şübhəsiz ki, əlaqələrin bugünkü səviyyəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin güclü xarici siyasəti nəticəsidir. Burada əsas məsələlərdən biri də məhz qarşılıqlı maraqlardır. İki ölkə başçısının əvəzsiz xidmətləri nəticəsində Azərbaycan və Özbəkistan münasibətləri daha da güclənir. Azərbaycan get-gedə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar.
İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Xüsusi vurğulamaq lazımdır ki, Şavkat Mirziyoyev Özbəkistanda Prezident seçildikdən sonra bu əlaqələr ən yüksək səviyyəyə çatıb. Şübhəsiz ki, əlaqələrin bugünkü səviyyəsi Prezident İlham Əliyevin güclü xarici siyasəti nəticəsindədir. Burada əsas məsələlərdən biri də məhz qarşılıqlı maraqlardır. İki ölkə başçısının əvəzsiz xidmətləri nəticəsində Azərbaycan və Özbəkistan münasibətləri daha da güclənir. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələr yüksək səviyyədə inkişaf edir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025