Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib
Tarix: 29-08-2024 | Saat: 10:57
Bölmə:Özəl | çapa göndər
Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına növbəti dövlət səfəri Azərbaycan və Özbəkistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilərək daha da gücləndirilməsi və bütün sahələr üzrə hərtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından tarixi önəm kəsb edəcək.Müasir Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq arenaya qədəm qoyduğu gündən onun xarici siyasətinin prioritet istiqamətlərinin önəmli hissəsini türkdilli dövlətlərlə yüksək səviyyədə münasibətlərin qurulması və inkişaf etdirilməsi təşkil edib. Bu baxımdan dost və qardaş Özbəkistanla Azərbaycan arasında olan əlaqələri yüksək dəyərləndirmək olar. Qardaş ölkə uzun illər davam etmiş Qarabağ münaqişəsi zamanı hər zaman Azərbaycanın haqq işini müdafiə edib və müxtəlif platformalarda öz dəstəyini sərgiləyib.
Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışı oldu.
Dövlətimizin başçısı cənab İlham Əliyevin Özbəkistana səfəri, keçirilən görüşlər, imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli töhfə verəcək və iki ölkə arasında münasibətlərdə yeni mərhələ təşkil edəcək. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu tərəfdaşlarımızın da sayını durmadan çoxaltmaqdadır. Ölkəmiz həm regionda, həm də dünyada söz sahibinə çevrilib. Vətən müharibəsində qazandığı şanlı qələbə, nəticədə regionda sülh və təhlükəsizliyə verdiyi mühüm töhfələr ölkəmizin əhəmiyyətini yüksəldib. Həmçinin etibarlı tərəfdaş olaraq özünü təsdiqləməsi Azərbaycanla əməkdaşlıqdan digər dövlətlər məmnunluqlarını ifadə edirlər. Prezident İlham Əliyevin Daşkənddə yüksək səviyyədə qarşılanması, ona göstərilən xüsusi hörmət və ehtiram dediklərimizin əyani təsdiqidir. Daşkənddə Heydər Əliyev Meydanının açılışı zamanı cənab Şavkat Mirziyoyevin çıxışı, onun Ulu Öndər Heydər Əliyev və ölkəmiz haqqında dediyi xoş və səmimi sözlər, həmçinin bir daha işğaldan azad edilmiş ərazilərin əzəli Azərbaycan torpaqları olduğunu dilə gətirməsi, bunu tarixi ədalətin bərpası kimi dəyərləndirməsi qardaşlıq münasibətinin təzahürüdür.
Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, beynəlxalq və regional nəqliyyat şəbəkələrinə qoşulması Özbəkistandan yükdaşımaların həcminin artmasına, ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin yüksəlməsinə gətirib çıxaracaq.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025