Okeanda möhtəşəm kəşf! Həyatın sirri 1268 metr dərinlikdədir
Tarix: 28-08-2024 | Saat: 15:18
Bölmə:Özəl | çapa göndər
Araşdırmaçıların 'İtirilmiş Şəhər' adlandırdığı Atlantik Okeanında 1268 metr dərinlikdəki qayalıq ərazidə həyatın mənşəyinə dair ipuçlarının tapıldığı iddia edilib. Alimlər həyatı təşkil edən kimyəvi birləşmələrin sirrini açmağa çox yaxın olduqlarını bildiriblər.Tədqiqatçılar uzun müddətdir; Okeanların dərinliklərində olan bəzi bölgələrin bütün quru həyatına səbəb olan xüsusiyyətlərə malik olduğunu göstərir. Atlantik okeanında həyatın ilkin kimyasının formalaşdığı və qorxunc qaya qüllələri ilə maraqlı mənzərə yaratdığı güman edilən yeni bir bölgə kəşf edildi. Alimlər kəşf etdikləri 1 mil uzunluğundakı əraziyə "İtirilmiş şəhər" və "Cənnət bağı" adını veriblər. Keçən həftə “Science” jurnalında dərc olunan hesabatda deyilir ki, 30 nəfərlik bir qrup Atlantik okeanının ortalarında dəniz dibinin bir bölgəsində dərin qazma işləri aparıb və təxminən bir mil çox nadir qayalıq material aşkar edib. Hesabatda daha əvvəl bu qədər böyük və dərin bir nöqtədən nümunə götürülmədiyi vurğulanır və qaya nümunələrinin həyatın mənşəyi ilə bağlı bəzi nəzəriyyələri dəstəklədiyi ifadə edilir.
Okeanın dibində qazma işləri aparmaq və Yerin sirlərini açan qaya nümunələrinin götürülməsi üçün nəzərdə tutulmuş nəhəng gəmi 20-dən çox ölkənin iştirak etdiyi tədqiqat konsorsiumunun Beynəlxalq Okean Kəşfiyyat Proqramının bir hissəsidir. 470 fut uzunluğundakı gəminin 200 futluq qülləsi var. Bildirilir ki, bu qurğular modifikasiya olunmuş neft qazma stansiyalarıdır və dənizin dibinə qazılır və süxurların və digər dərin materialların silindrik nümunələrini götürə bilir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025