İsraillilər İordan çayının qərb sahilində fələstinliləri "zorlama" ilə hədələyiblər
Tarix: 27-08-2024 | Saat: 17:50
Bölmə:Özəl | çapa göndər
Fələstin torpaqlarını qəsb edən israillilərin İordan çayının qərb sahilində fələstinliləri “zorlamaqla” hədələyən görüntüləri onlara SDE Teiman həbsxanasını xatırladır.İsrailin insan haqları təşkilatı B'Tselem tərəfindən paylaşılan video və açıqlamada İordan çayının qərb sahilindəki Hebron şəhərinin cənubundakı Vadi əl-Rahim bölgəsində baş verən hadisə ilə bağlı məlumat verilib.Fələstin torpaqlarını qəsb edən bir israilli maska taxaraq, avqustun 4-də səhər saat 7-də 20 iribuynuzlu mal-qara ilə Khirbet icmasının ərazisinə gəlib.
İsrailli heyvanları ilə birlikdə Əl-Hərini ailəsinə məxsus arpa sahəsinə girərək mal-qarasını bu ərazidə otarmağa başlayıb.
Bildirilib ki, daha bir neçə maskalı israilli hadisə yerinə avtomobillə gələrkən, ərazidəki fələstinlilər maskalı israillilərdən birinin Şem Tov Lovski olduğunu müəyyən ediblər.
Əl-Hərini ailə üzvlərini təhqir edən israillilərdən biri, evin və tarlanın “Allah tərəfindən onlara verildiyini” iddia edərək, fələstinli ailəni öz evindən qovub.
Həmin israilli ona etiraz edən Əl-Hərini ailəsinə Qəzzalı məhbusların işgəncələrinin açıq ünvanına çevrilən Sde Teyman həbsxanasını xatırladıb və ibranicə “Allah adına təcavüz” ifadəsini işlədib.
2023-cü il oktyabrın 7-dən həbsdə olan fələstinlilər İsrailin cənubundakı hərbi bazanın bir hissəsi olan Sde Teyman həbsxanasında saxlanılıb.
Tez-tez işgəncə ilə əlaqələndirilən Sde Teiman fələstinli məhbusa cinsi işgəncə verdiyi iddia edilən 9 əsgərin nəzarətə alınmasından sonra yenidən gündəmə gəlib.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 7 oktyabr 2023-cü ildən bəri Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və İsraillilərin hücumları nəticəsində 646 fələstinli həyatını itirib.
İşğal altındakı İordan çayının qərb sahilində 451 min, Şərqi Qüdsdə isə təxminən 230 min israilli Fələstin torpaqlarını qəsb edir. Beynəlxalq hüquqa görə, İordan çayının qərb sahili və Şərqi Qüdsdəki bu qəsblər qeyri-qanuni sayılır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025