Hindistanda həkimin zorlanaraq öldürülməsindən sonra küçələr xaotik olub
Tarix: 27-08-2024 | Saat: 17:09
Bölmə:Özəl | çapa göndər
Hindistanın Qərbi Benqal əyalətində xəstəxanada həkimin zorlanması və ölümünə reaksiya verən nümayişçilər ilə polis arasında qarşıdurma baş verib.Hindistanın NDTV kanalının xəbərinə görə, Qərbi Benqaliyanın Kolkata şəhərinin mərkəzində toplaşan nümayişçilər ştatın Baş Katibliyinə doğru yürüş ediblər.
Nümayişçilərə yürüş etməyə icazə verməyən polis etirazçılara qarşı gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib.
Etirazçılar təhlükəsizlik qüvvələrinə də daş və çubuqlar atıblar.
Mətbuata əks olunan görüntülərdə bəzi etirazçıların polislə qarşıdurma zamanı baryerləri yıxaraq təpiklədiyi görülüb.
Hadisələrdə ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
NƏ OLDU?
Qərbi Benqalın Kolkata şəhərindəki RG Kar Tibb Kollecində işləyən 31 yaşlı qadın həkim işçilər üçün istirahət otağı olmadığı üçün avqustun 9-da 36 saatlıq növbəsindən sonra seminarların keçirildiyi otaqda yatıb. Səhərisi səhər onun həmkarları qadının cansız, yarıçılpaq və bədəninin müxtəlif yerlərində ağır yaralar olan bədənini aşkar ediblər.
Məsələ ilə bağlı xəstəxanada könüllü kimi çalışan Sanjoy Roy adlı zabit saxlanılıb. Lakin “ört-basdır etmə və səhlənkarlıq” ittihamlarından sonra iş yerli polisdən Mərkəzi İstintaq Bürosuna (CBI) verilib.
Ölkənin müxtəlif şəhərlərindən bir çox həkim həmkarlarının zorlanması və öldürülməsi səbəbindən qeyri-müəyyən müddətə tətil etmək qərarına gəldiklərini açıqladı.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025