55 saylı Siyəzən-Quba-Xız seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Müşfiq Məmmədlinin üstünlüyünü göstərdi
Tarix: 23-08-2024 | Saat: 18:30
Bölmə:Karusel | çapa göndər

aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu bu dəfə də 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər.
Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində şəhərimizin bu ərazisində formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.
Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 50,1%-ni kişilər, 49,9%-ni isə qadınlar təşkil edib. Respondentlərin 18,8%-i 18-29 yaş, 27,2%-i 30-39, 27,6%-i 40-49, 21,7%-i 50-59 yaş, 4,7%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 36,8%-i orta təhsilli, 29,3%-i orta ixtisas təhsilli, 3,4%-i natamam ali təhsilli və 30,4%-i ali təhsilli vətəndaşlardır.
İlk növbədə respondentlərimizə ünvanladığımız “55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin demək olar ki, hamısı VI çağırış Milli Məclisin deputatı Müşfiq Məmmədlini yaxşı tanıdıqlarını bildirmişlər. Seçicilər qeyd etmişlər ki, bu namizəd həm əvvəlki illərdə Parlamentdə uğurlu fəaliyyəti, həm də bölgə sakinlərinə daim diqqət və qayğı ilə yanaşması ilə seçicilərin böyük hörmət və rəğbətini qazana bilmişdir.
“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 53,7%-i Müşfiq Məmmədlinin, 21,4%-i digər namizədlərin adını çəkmiş, 20,8% seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 4,1%-i isə “heç kimə” cavabını vermişdir.
Göründüyü kimi sorğunun nəticələri 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsində deputatlığa namizəd Müşfiq Məmmədlinin ictimai rəydə kifayət qədər böyük üstünlük təşkil etdiyini göstərir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər