Mobil versiya
41 saylı Gəncə-Samux- Goranboy dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Müşfiq Cəfərovun üstünlüyünü göstərdi
Tarix: 22-08-2024 | Saat: 21:00
Bölmə:Karusel | çapa göndər

41 saylı Gəncə-Samux- Goranboy dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Müşfiq Cəfərovun üstünlüyünü göstərdi

aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu bu dəfə də 41 saylı Gəncə-Samux- Goranboy seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər.

Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində şəhərimizin bu ərazisində formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.

Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 60,1%-ni kişilər, 39,9%-ni isə qadınlar təşkil edib. Respondentlərin 19,8%-i 18-29 yaş, 26,2%-i 30-39, 27,6%-i 40-49, 21,7%-i 50-59 yaş, 4,7%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 36,8%-i orta təhsilli, 29,3%-i orta ixtisas təhsilli, 3,4%-i natamam ali təhsilli və 30,4%-i ali təhsilli vətəndaşlardır.

İlk növbədə respondentlərimizə ünvanladığımız “41 saylı Gəncə-Samux- Goranboy seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin demək olar ki, hamısı VI çağırış Milli Məclisin deputatı Müşfiq Cəfərovu yaxşı tanıdıqlarını bildirmişlər. Seçicilər qeyd etmişlər ki, bu namizəd həm əvvəlki illərdə Parlamentdə uğurlu fəaliyyəti, həm də bölgə sakinlərinə daim diqqət və qayğı ilə yanaşması ilə seçicilərin böyük hörmət və rəğbətini qazana bilmişdir.

“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 55,7%-i Müşfiq Cəfərovun, 25,4%-i digər namizədlərin adını çəkmiş, 16,8% seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 2,1%-i isə “heç kimə” cavabını vermişdir.

Göründüyü kimi sorğunun nəticələri 41 saylı Gəncə-Samux- Goranboy seçki dairəsində deputatlığa namizəd Müşfiq Cəfərovun ictimai rəydə kifayət qədər böyük üstünlük təşkil etdiyini göstərir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-05-2025