Mobil versiya
97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Anar Məmmədovun üstünlüyünü göstərdi
Tarix: 21-08-2024 | Saat: 22:00
Bölmə:Karusel | çapa göndər

97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Anar Məmmədovun üstünlüyünü göstərdi

aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu bu dəfə də Tərtər və Goranboy rayonularında olmuş, 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər.

Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində şəhərimizin bu ərazisində formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.

Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 59,3%-ni kişilər, 40,7%-ni isə qadınlar təşkil edib. Respondentlərin 20,9%-i 18-29 yaş, 25,1%-i 30-39, 27,6%-i 40-49, 21,7%-i 50-59 yaş, 4,7%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 35,8%-i orta təhsilli, 29,3%-i orta ixtisas təhsilli, 3,4%-i natamam ali təhsilli və 31,4%-i ali təhsilli vətəndaşlardır.

İlk növbədə respondentlərimizə ünvanladığımız “97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin demək olar ki, hamısı VI çağırış Milli Məclisin deputatı Anar Məmmədovu yaxşı tanıdıqlarını bildirmişlər. Seçicilər qeyd etmişlər ki, bu namizəd həm əvvəlki illərdə Parlamentdə uğurlu fəaliyyəti, həm də bölgə sakinlərinə daim diqqət və qayğı ilə yanaşması ilə seçicilərin böyük hörmət və rəğbətini qazana bilmişdir.

“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 58,5%-i Anar Məmmədovun, 26,4%-i digər namizədlərin adını çəkmiş, 10,8% seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 4,3%-i isə “heç kimə” cavabını vermişdir.

Göründüyü kimi sorğunun nəticələri 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsində deputatlığa namizəd Anar Məmmədovu ictimai rəydə kifayət qədər böyük üstünlük təşkil etdiyini göstərir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-05-2025