Mobil versiya
Polşada həyəcan təbili: “Naməlum obyekt hava məkanımıza daxil olub”
Tarix: 26-08-2024 | Saat: 20:37
Bölmə:Özəl | çapa göndər

Polşada həyəcan təbili: “Naməlum obyekt hava məkanımıza daxil olub”

Polşa səhər saatlarında Rusiyanın Ukraynanı bombalaması zamanı pilotsuz təyyarənin onun hava məkanına daxil olduğunu açıqlayıb.Polşadan verilən açıqlamada pilotsuz uçuş aparatının Polşa ərazisinə enmiş ola biləcəyi və axtarışların davam etdiyi qeyd edilib.
2022-ci ildə yoldan çıxan Ukrayna raketinin Prjewodow kəndinə düşməsi və iki nəfərin ölümündən sonra hava məkanına daxil olan obyektlərə qarşı yüksək hazırlıq vəziyyətində olan Polşa səhər saatlarında Rusiyanın Ukraynaya hücumu zamanı hava məkanının pozulduğunu açıqlayıb.

Polşa ordusunun əməliyyat komandanlığının sözçüsü Yaçek Qorışevski deyib: "Bu, çox güman ki, pilotsuz təyyarə olub. Uçuşun trayektoriyası və sürəti onun raket olmadığını göstərir. Obyekt 100 əsgər və helikopter tərəfindən axtarılır".

Mətbuat katibi qeyd edib ki, hava şəraiti vizual tanınmağa imkan vermədiyi üçün obyektin Rusiyaya, yoxsa Ukraynaya aid olduğunu bilmirlər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025