Mobil versiya
Əsgərlərin yanında olmaq mənəvi ruh deməkdir -Fotolar
Tarix: 29-08-2024 | Saat: 10:00
Bölmə:Özəl | çapa göndər

Əsgərlərin  yanında olmaq mənəvi ruh deməkdir

Tarixi bir həqiqət var. Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.

2020-ci ilin 27 sentyabrından 10 noyabra qədər davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. Azərbaycan xalqı öz əzmini, birliyini, gücünü sübut etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu. Biz öz əzəli torpaqlarımıza alnıaçıq, üzüağ, zəfər bayrağı ilə qayıtdıq.

Torpaq həsrətinə son qoyan zəfər bizi Azərbaycan Respublikasının işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu böyük günə çatdırdı. Tarixi yaşayış məskənlərimiz azad edildi. Artıq müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var.
Bu gün belə ordu ilə fəxr etmək, qürur duymaq lazımdır. Əsgər və zabitlərin yanında olmaq, onlara xidmətlərində mənəvi ruh vermək, müəyyən yardımlar etmək olduqca vacibdir. Bunlar ordu ilə münasibətin dərinləşməsi kimi də mühüm anlama malikdir.

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayevin və kollektiv üzvlərinin tez-tez əsgərlərin yanında olması, onlara diqqət və qayğı göstərməsi, həmkarlar xətti ilə müəyyən yardımların edilməsi davamlı xarakter alıb. Belə olan halda əsgər daha nümunəvi xidmət yerinə yetirir, yanlarında onlarla maraqlanan olduğunu biləndə çox ürəkli olur. Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşları bu dəfə Kəlbəcərdəki “N” saylı hərbi hissənin əsgər və zabitlərinin qonağı olub, onlarla səmimi söhbət aparıb, qayğı və istəkləri ilə maraqlanıb. Onlar hərbi hissəyə əliboş da getməyib. Hərbi hissəyə 2 ədəd yüksək gərginlikli elektrik mühərriki hərbi hissəyə hədiyyə edildi və ərazidə xidmət edən əsgərlərə maddi tələbatlarını ödəmək məqsədilə gündəlikdə istifadə olunan məhsullarıda təqdim edildi.
Əsgər xalqın ümid yeri, xalq isə əsgərin ilham mənbəyidir. Bir zamanlar mənfur düşmən işğalında olan ata-baba torpaqlarımızda bu gün Azərbaycan əsgəri inamla, şərəflə xidmət edir. Şəhidlərimizin ruhu şaddır, onların valideynlərinin, övladlarının, bir sözlə, doğmalarının başı dikdir, çünki xalqımız bu qələbəni öz qanı və canı bahasına bizlərə bəxş edən övladlara sonsuz minnətdardır. Onları zaman-zaman ziyarət etmək, görüşünə gəlib könüllərini sevindirmək isə hər şeydən önca mənəvi ruhdur, birlikdir. Birlik olan yerdə nümunəvi xidmət də var, əzmkarlıq da.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025