Mobil versiya
117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Eyvaz Qurbanovun tam üstünlüyünü göstərdi
Tarix: 21-08-2024 | Saat: 12:27
Bölmə:Karusel | çapa göndər

117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Eyvaz Qurbanovun tam üstünlüyünü göstərdi

117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsində keçirilən sorğunun nəticələri deputatlığa namizəd Eyvaz Qurbanovun tam üstünlüyünü göstərdi

aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu bu dəfə,117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər.

Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində yerlərdə formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.

Qeyd edək ki, sorğuda iştirak edən sakinlərin 62,1%-ni kişilər, 37,9%-ni isə qadınlar təşkil edib. Respondentlərin 20,9%-i 18-29 yaş, 24,3%-i 30-39, 25,1%-i 40-49, 22,2%-i 50-59 yaş, 7,5%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların 36,6%-i orta təhsilli, 29,2%-i orta ixtisas təhsilli, 3,4%-i natamam ali təhsilli və 30,8%-i ali təhsilli vətəndaşlardır.

İlk növbədə respondentlərimizə ünvanladığımız “117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin demək olar ki, hamısı 2011–2024-cü illər ərzində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Eyvaz Qurbanovu yaxşı tanıdıqlarını bildirmişlər. Seçicilər qeyd etmişlər ki, bu namizəd rayona rəhbərlik etdiyi dövrdə uğurlu fəaliyyəti, Oğuzun inkişafına verdiyi danılmaz töhfələri, rayon sakinlərinə daim diqqət və qayğı ilə yanaşması ilə sakinlərin böyük hörmət və rəğbətini qazanmışdır.

“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 65,4%-i Eyvaz Qurbanovun, 21,1%-i digər namizədlərin adını çəkmiş, 12,3% seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 1,2%-i isə “heç kimə” cavabını vermişdir.

Göründüyü kimi sorğunun nəticələri 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsində deputatlığa namizəd Eyvaz Qurbanovun ictimai rəydə kifayət qədər böyük üstünlük təşkil etdiyini göstərir. Artıq qeyd etdiyimiz kimi, biz sorğu prosedurunun illər boyu formalaşmış sxeminə bir yenilik gətirmək məqsədlə sorğuda iştirak edən bəzi respondentlərimizin maraq doğuran cavablarını olduğu kimi sizlərə təqdim edirik:

Safura Bəndəliyeva: Ay qızım, Eyvaz müəllimi bu rayonda uşaqdan-böyüyə hər kəs yaxşı tanıyır. Neçə il Oğuza rəhbərlik edib. Həm də çox gözəl rəhbərlik edib, insanların dərdinə yanıb, qayğılarına qalıb. Yəqin ki, deputat kimi də rayonumuz üçün daha böyük işlər görəcək...

Kamal Hüseynov: Əlbəttə ki, səsimizi Eyvaz müəllimə verəcəyik. Bax, ay oğul, siz bəlkə də bilmirsiz, Eyvaz müəllim icra başçısı işləyəndə gənc kadrların qayğısına necə qalırdı. Deməli işə təzə götürülən adama, əgər evi yoxdursa, dərhal torpaq sahəsi ayırırdı. Sonra da birinci özü nümunə göstərib hər kəsi səfərbər edirdi və həmin torpada o adama ev tikirdilər. Bu əsil kişilik deyilsə, bəs nədir..?



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2025