Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır
Tarix: 23-08-2024 | Saat: 12:51
Bölmə:Özəl | çapa göndər
Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərlə yanaşı, imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Rusiya Prezidentinin ölkəmizə səfəri çərçivəsində də müxtəlif istiqamətləri əhatə edən sənədlər imzalandı. Bu sənədlər münasibətlərimizin gələcək inkişafında hüquqi bazadır. Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə qəbul etdikləri dövlət başçılarının Birgə Bəyanatı da münasibətlərimizin dünəninə və gələcəyinə işıq saldı. Ümumilikdə hər bir səfər əlaqələrin yeni prioritetlər üzrə inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluq və bir birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub və inkişaf edir. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin yüksələn xətlə inkişafını, ölkəmizin yeni dostlar, tərəfdaşlar qazanmasını şərtləndirir. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur, heç bir ölkənin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Azərbaycan-Rusiya münasibətləri zəngin tarixə malikdir. Rusiya regionun böyük ölkələrindən biridir. Azərbaycanla tarixən sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malikdir.Ölkələr arasında əlaqələr hazırda sürətlə inkişaf etdirilir. Azərbaycan və Rusiyanın vaxtilə vahid ittifaqda yer alması qarşılıqlı münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Azərbaycanın tarixi qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında Rusiya xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” iki ölkə arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb.Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Rusiya Prezidenti Vladimir Putin belə bir əminliyi ifadə etdi ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan Prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında altı adda sənəd imzalandı ki, bu da davamlı münasibətlərin əsasını təşkil edən amillərdəndir. Səfər çərçivəsində qəbul edilən sənədlər münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir.
Arif Həsənov,
Miskinli kənd ərazi partiya təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025