Mobil versiya
Azərbaycanda meymunçiçəyi virusu yayıla bilər? - AÇIQLAMA
Tarix: 23-08-2024 | Saat: 11:34
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycanda meymunçiçəyi virusu yayıla bilər? -

"İnsanlar özlərini meymunçiçəyindən qorumaq üçün ilk növbədə təmaslardan qaçmalıdırlar. Yaxın təmaslar nəticəsində, yəni, dərinin dəriyə dəyməsi zamanı virus başqasına yayılır. Ona görə də təmaslardan qorunmaq lazımdır".

Bunu mətbuata açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, hətta Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) riskli elan etdiyi ölkələrdən gələn bağlamalara, onlayn sifarişlərə diqqətli olmaq lazımdır

"Yaxşı olardı ki, həmin bağlamalar əlcəklə açılsın, qablaşdırılma səthi sterilizə olunsun və bundan sonra istifadə edilsin. Bunlara diqqət etmək lazımdır. Mümkün qədər təmaslardan qorunsaq, xəstəlikdən də qoruna bilərik. Məsələ bundan ibarətdir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən virusun xəstəlik törətmə qabiliyyəti indeksinin yüksək olduğunu nəzərə alınaraq, ən yüksək fövqəladə hal elan edilib. Bu, təsadüfi deyil. Belədirsə, bütün ölkələr ÜST-ün tövsiyəsi əsasında hərəkət etməlidirlər".

Professor bildirib ki, transsərhəd keçid zonalarına nəzarət gücləndirilməli, əhali maarifləndirilməli və tibb sistemi mobilizə olunmalıdır: "Ölkəyə yayılma həmişə mümkündür. Bəzi şəxslər mətbuatda bunun Azərbaycanda mümkün olmamasını qeyd edirlər. Bu, yanlış yanaşmadır. Koronavirusda da bu cür fikirlər çox idi. Biz qloballaşan dünyada yaşayırıq. İstənilən infeksiya ölkəmizə daxil ola bilər. Bunun qarşısını almaq üçün hazır olmalıyıq. Çalışmalıyıq ki, ölkəmizə daxil olmasın. Amma daxil olacağı təqdirdə infeksiyanı yerində lokallaşdırmalıyıq. Düşünmürəm ki, meymunçiçəyi virusu pandemiya yaradacaq. Hesab edirəm ki, ayrı-ayrı ölkələrdə epidemik ocaqlar ola bilər. Bunun özü də dünya iqtisadiyyatı və ölkələr üçün problemdir. Biz koronavirus pandemiyasında həm insan, həm də iqtisadi itkiləri gördük.

O baxımdan xəstəliklə vaxtında mübarizə, düzgün profilaktika, maarifləndirmə bizi xeyli bu problemdən uzaqlaşdıra bilər. Digər tərəfdən əgər xəstəlik Afrika ərazisindən xeyli çıxsa, bu zaman vaksinasiya məsələsi gündəmə gələcək. İlk növbədə vaksin hazırlanmalı sonra isə kütləvi istehsala buraxılmalıdır. Təbii çiçəyə qarşı olan antiviral dərmanlar, suçiçəyi vaksini də burada effektivdir. Mutasiya variantının sonradan hansı əlamətlər göstərəcəyini bilmirik. Bu baxımdan yayılma tendensiyası baş verəcəksə, o zaman vaksinin kütləvi istehsalına başlamaq zərurəti ola bilər"./unikal

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024