İndoneziyadakı səfirlik Rusiya vətəndaşlarını etirazlarla bağlı izdihamdan qaçmağa çağırıb
Tarix: 23-08-2024 | Saat: 09:05
Bölmə:Özəl | çapa göndər
Rusiyanın İndoneziyadakı səfirliyi ölkədəki etiraz aksiyaları ilə əlaqədar rusiyalıları ayıq olmağa və insanların sıx olduğu yerlərdən çəkinməyə çağırıb. Bu barədə diplomatik nümayəndəliyin rəsmi teleqram-kanalında yer alan məlumatda deyilir/“Hörmətli Cakartada olan Rusiya vətəndaşları, lütfən, paytaxt Qatot Subroto, Gelora və Senayan ərazilərində, eləcə də İndoneziya Parlamentinin yerləşdiyi kompleksin yaxınlığında insanların kütləvi şəkildə toplanmasından çəkinin diqqətli və sayıq olun, mümkünsə yaşayış yerini tərk etməyin”, - deyə məlumatda bildirilir.İndoneziyanın paytaxtında seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı mitinqlər keçirilir. Onlar hazırkı dövlət başçısının kiçik oğlu Coko Vidodonun Kaesanq Panqarepin regional seçkilərdə iştirakına icazə verməli idilər.
Dəyişikliklərə səsvermə etirazlar fonunda təxirə salınıb.
Fevralın 14-də İndoneziyada prezident seçkiləri keçirilib və səsvermədə Prabovo Subianto qalib gəlib. Bir sıra ölkələrin liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin ona təbrik ünvanlayıb. Prabovonun qələbəsindən sonra Subianto hakimiyyətin rəvan ötürülməsinə söz verib və hazırkı dövlət başçısının siyasətini davam etdirmək arzusunda olduğunu bəyan edib. O, oktyabrın 20-də andiçmə mərasimindən sonra səlahiyyətlərinin icrasına başlayacağını da bildirib. Vidodonun böyük oğlu Cibran Rakabuminq Raka komandasının vitse-prezidenti olmalıdır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025