Tacikistan və Qazaxıstan müttəfiqlik münasibətləri haqqında saziş imzalayıblar
Tarix: 22-08-2024 | Saat: 19:59
Bölmə:Özəl | çapa göndər
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Tacikistanın başçısı Emoməli Rəhmon arasında görüş keçirilib, görüş zamanı iki Mərkəzi Asiya dövləti arasında müttəfiqlik statusunun möhkəmləndirilməsinə dair sazişin bağlanması qərara alınıb. Bu barədə Tengrinews.kz xəbər verir.
Nəşr Qazaxıstan Prezidentinin sözlərindən sitat gətirir: “Bu tarixi sənəd bizim üçün yeni üfüqlər açır və çoxşaxəli əlaqələrin daha da genişlənməsi üçün zəmin yaradır.
Tacikistan prezidenti də öz növbəsində bəyan edib ki, sazişin imzalanması iki Mərkəzi Asiya ölkəsinin fundamental maraqlarına cavab verir.
Dərc olunmuş məlumata görə, imzalanmış saziş Qazaxıstan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Tərəflər regional təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələlərində qarşılıqlı dəstək barədə razılığa gəliblər.Bundan əlavə, iki ölkə liderləri birgə infrastruktur və investisiya layihələrinin həyata keçirilməsi perspektivlərini, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə ediblər. Təhsil, elm və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyət məsələlərinə xüsusi diqqət yetirilib.
Bundan əvvəl Qazaxıstan baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin xəbərdarlıq etmişdi ki, Astana Rusiyaya qarşı sanksiyalara “kor-koranə əməl etməyəcək”, xüsusən də məhdudiyyətlər yerli şirkətlərin maraqlarına toxunarsa.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025