Əfqanıstan meymun çiçəyi virusuna qarşı dünyadan yardım istəyir
Tarix: 22-08-2024 | Saat: 18:56
Bölmə:Özəl | çapa göndər
Əfqanıstan administrasiyası M virusunun ölkədə yayılmasının qarşısını almaq üçün beynəlxalq qurumlardan kömək istəyib.Əfqanıstanın müvəqqəti hökumətinin səhiyyə nazirinin müavini Nur Cəlal Celali paytaxtda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu (UNICEF) və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə M-pox virusunun yayılmasının qarşısının alınması və bununla bağlı aidiyyəti qurumların əlaqələndirilməsi müzakirə olunub.
Nazir vəzifəsini icra edən Celali Əfqanıstanda M-pox virusunun yayılmasının qarşısını almaq üçün beynəlxalq qurumlardan onlarla əməkdaşlıq etmələrini istəyib.
Müvafiq qurumlar arasında koordinasiya etmək və sözügedən virusa qarşı tədbirlər görmək üçün birgə komitə də yaradılıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025