Mobil versiya
Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır
Tarix: 22-08-2024 | Saat: 16:44
Bölmə:Özəl | çapa göndər

Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır

Səfər tarixi xarakter daşımaqla yanaşı ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək. Bu mənada iki ölkə arasındakı yüksək səviyyədə görüşlər müntəzəm xarakter daşıyır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 19 avqust 2024-cü il tarixində Azərbaycana rəsmi dövlət səfəri ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafı baxımından tarixi bir hadisə kimi dəyərləndirilir. Səfərin formatı və xarakteri dövlətlərarası əlaqələrin yüksək səviyyəsini əks etdirir və regional sabitlik, iqtisadi əməkdaşlıq və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfə verəcəkdir.
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə diqqəti cəlb edib. Rusiya üçün, yumşaq desək, heç də asan olmayan dövrdə ölkə rəhbərinin bu səfəri marağa səbəb olub. İlk növbədə, bu səfər hazırda Azərbaycanın Cənubi Qafqazda əsas söz sahibi olan dövlət kimi bütün regional məsələlərdə, regiondakı strateji əhəmiyyətli layihələrin əsas iştirakçısı olmasına, həmçinin çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirməsinə dəlalət edir.Son dövrlər Azərbaycan ilə Ermənistan sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair birbaşa danışıqlar aparır, sülh müqaviləsini bağlamağa hazır olduqlarını bəyan edirlər. Qərbin iki ölkə arasındakı sülh prosesində fəallaşması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı maddənin sülh sazişi layihəsindən çıxarılaraq sonrakı mərhələyə saxlanılması və sair kimi məsələlər də Rusiyanın diqqətindədir. Kremlin bir müddət əvvəl “Rusiya tərəfi bundan sonra da Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına hər cür kömək göstərməyə hazırdır” bəyanatı da sübut edir ki, Rusiya Cənubi Qafqazda sülh prosesində fəallığını artıracaq. Azərbaycan nəinki regionda, həmçinin daha geniş arealda – Şərqi Avropa və Yaxın Şərqdə kifayət qədər əhəmiyyətli aktora çevrilməkdədir və artıq dünyada dialoq məkanı kimi tanınmaqdadır.Son illərin siyasi prosesləri və dünya düzəninin az qala yenidən cızılması fonunda Azərbaycanın özünün şəksiz Lideri Prezident cənab İlham Əliyevin timsalında bunun öhdəsindən bacarıqla gəldiyini əminliklə deyə bilirik. Davamlı iqtisadi inkişaf, balanslaşdırılmış xarici siyasət, dost ölkələrin coğrafiyasının genişlənməsi və digər amillər ölkəmizi təkcə regionda deyil, bütün dünyada lider dövlətlərdən birinə çevirib. Belə bir dövlətlə yüksək səviyyəli münasibətlər qurmaq, bu münasibətləri qoruyub saxlamaq və daha da inkişaf etdirmək şübhəsiz ki, hər bir ölkənin mənafeyinə uyğundur.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi səfər çərçivəsində imzalanmış sənədlər ölkələrimiz arasındakı münasibətlərin daha da gücləndirilməsi üçün mühüm addım olacaqdır. Xüsusilə iqlim dəyişikliyi, səhiyyə, qida təhlükəsizliyi və bitki karantini sahələrində qəbul edilən razılaşmalar, ikitərəfli əlaqələrin inkişafına yeni bir dinamika gətirəcəkdir. Sözsüz ki, bütün bunların fonunda Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana səfəri Prezident İlham Əliyevlə aparılan danışıqlar, səmimi görüşlər imzalanan sənədlər iki ölkə arasındakı əlaqələrin xarakterinə olduqca müsbət təsir göstərəcək.

Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025