Mobil versiya
COP29 idarə heyəti iqlim fəaliyyəti üçün investisiyalarla bağlı görüş keçirib
Tarix: 22-08-2024 | Saat: 15:02
Bölmə:Gündəm | çapa göndər

COP29 idarə heyəti iqlim fəaliyyəti üçün investisiyalarla bağlı görüş keçirib

COP29-un icraçı direktoru Elnur Soltanov və COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai Dünya İqtisadi Forumunun (WEF) “İqlim fəaliyyətinin gücləndirilməsi üçün ianə” (GAEA) təşəbbüsünün nümayəndələri ilə görüşüb.

aia.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Bu gün Dünya İqtisadi Forumunun GAEA (Giving to Amplify Earth Action) təşəbbüsünün nümayəndələri ilə yaxşı müzakirələr aparıldı. Buraya iqlim fəaliyyətinə daha çox investisiya cəlb etmək üçün xeyriyyəçilikdən necə istifadə oluna biləcəyi barədə fikir mübadiləsi daxildir”, - paylaşımda qeyd edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-07-2025