Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir
Tarix: 22-08-2024 | Saat: 14:28
Bölmə:Özəl | çapa göndər
Azərbaycan və Rusiyanın müttəfiqliyi Cənubi Qafqazın sabitliyinin təminatıdır. Regionda baş verən proseslərə bu müttəfiq iki dövlət xüsusilə təsir gücünə malikdirlər. Çox müsbət haldır ki, Rusiya Azərbaycanla dostluq münasibətlərinin inkişafına önəm verir. İllərdir hər iki dövlətin mehriban qonşuluq və dostluq münasibətləri var. Xalqlarımız da bir-bir birlərinə sıx bağlıdır.Bu gün Azərbaycan-Rusiya münasibətlərinin timsalında qonşuluq münasibətlərinin inkişafının prioritetliyini daha aydın görmək mümkündür. Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-də ölkəmizə dövlət səfəri, imzalanan sənədlər, Prezidentlərin məhdud və geniş tərkibdə keçirdikləri görüşdə, həmçinin mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər iki dost ölkənin mümasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq saldı.
Ölkə başçısı bildirdi ki, Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, habelə dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Səfər tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək.Davamlı münasibətlərin əsasına gəlincə səfər çərçivəsində qəbul edilən sənədlər münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir.Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərlə yanaşı, imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Rusiya Prezidentinin ölkəmizə səfəri çərçivəsində də müxtəlif istiqamətləri əhatə edən sənədlər imzalandı. Bu sənədlər münasibətlərimizin gələcək inkişafında hüquqi bazadır.Münasibətlərimizin dünəninə baxış əsasında bu qənaət səsləndirilir ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da davamlı inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırda ölkələrimiz arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir.
Bu gün Azərbaycan-Rusiya əməkdaşlığı hər iki ölkənin iqtisadiyyatının inkişafı baxımdan müsbət nəticələrini verməkdədir. Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində artıq ölkələrarası ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib.Avqustun 19-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin daha da sıxlaşması üçün yeni sənədlər də imzalanıb. İmzalanmış yeni sənədlər ikitərəfli əlaqələrin gələcək dinamik inkişafını gücləndirəcək. Bu sənədlər hər iki dövlətin aidiyyəti qurumları qarşısında yeni genişmiqyaslı vəzifələri qarşıya qoyub. Bunların icra olunması Azərbaycan-Rusiya strateji müttəfiqliyi üçün yeni perspektivlər açır. Cənab Prezidentin dediyi kimi, səfər çərçivəsində qəbul edilən sənədlər münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. İnanırıq ki, qəbul olunan sənədlər ikitərəfli münasibətlərin inkişafında böyük rol oynayacaq.Cənab İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər həyatımızın demək olar ki, bütün sahələrini əhatə edir. Keçirilən görüşlər, müzakirə olunan məsələlər uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. İki ölkə arasında imzalanan sənədlər arasında “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında 2024-cü ilədək Əməkdaşlıq Proqramı” kimi sənədlər həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri baxımından mühüm önəm daşıyır.
Azərbaycan və Rusiya Prezidentlərinin mətbuata birgə bəyanatlarında "Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir” söyləyən dövlət başçısı cənab İlham Əliyev onu da bildirdi ki, Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Bütün sahələrdə müsbət dinamika görürük. Həqiqətən də müzakirə, qarşılıqlı fəaliyyət üçün çoxlu mövzular var və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir. Bütün sahələrdə qarşılıqlı fəaliyyətimizi gücləndirmək əzmindəyik. Səfər ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq istiqamətində növbəti mühüm addım olacaq.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025