Mobil versiya
Eltun Süleymanov: "Diplomatiyamızın qələbə günü"
Tarix: 22-08-2024 | Saat: 10:02
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Eltun Süleymanov: "Diplomatiyamızın qələbə günü"

Laçın Azərbaycann dilbər guşələrindən biridir, tarix boyu da strateji mövqeyinə görə böyük əhəmiyyət daşıyıb. Füsünkarlığı, bənzərsiz təbiəti ilə yanaşı insanlarının mərdliyi, saflığı ilə də seçilən bölgələrdən olub. Laçının təbii ehtiyatları, turizm üçün bütün imkanlara malik olması isə daha çox diqqəti çəkir. Bu gün Laçınının başdan-başa yenidən qurulması, özü də dünya standartlarına uyğun yenilənməsi tarixi dəyərləri saxlamaqla gələcəyə bir baxış təsirindən də yan keçmir. Bunlar işğaldan azad edilən ərazilərin hamısında belədir. Amma Laçın tamam başqa bir formada tikilir. Hətta Avropanın ən inkişaf edən dağ turizm bölgələri ilə müqyisə edilə bilər.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, 26 avqust Laçın şəhəri günü olmaqla yanaşı, həm də diplomatiyamızın qələbə günüdür. Çünki Laçın məhz Prezident İlham Əliyevin həyata keçirdiyi Azərbaycan diplomatiyasının peşəkarlığı sayəsində - bir güllə belə atılmadan azad olunub. Prezident İlham Əliyev bununla sübut edib ki, Azərbaycan hərbi müstəvidə olduğu kimi, diplomatik müstəvidə də kifayət qədər güclüdür və Ermənistanın bu gücə qarşı dirəniş göstərməsi, müqavimət sərgiləməsi mümkün deyil.
 Bu baxımdan, 26 avqust tarixini Laçın şəhəri günü ilə yanaşı, həm də diplomatiyamızın qələbə günü kimi də xarakterizə etmək mümkündür. Şübhəsiz, diplomatiyamızın əldə etdiyi bu zəfərin arxasında güclü Azərbaycan Ordusu faktorunun dayandığı birmənalıdır və bu gerçək gücə söykənən diplomatiyanın nə qədər effektiv olduğuna ən böyük isbatıdır.
 
İllər, əsrlər keçəcək, gələcək nəsillər 26 avqust tarixini yada salarkən ordumuzla yanaşı, həm də diplomatiyamızın qələbəsini ehtiramla xatırlayacaq, əsgərlərimizlə yanaşı, diplomatiyamızın uğurlarındn da qürur duyacaqlar.
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. 44 günlük ağır müharibədn sonra çox böyük sürətələ qurucuuq işlərinin aparılması və böyük maliyyə resurları bir daha sübut etdi ki, Azərbaycanın iqtisadi siyasəti də ağıllı və düzgün aparılıb. Heç bir dövlətdən yardım almadan nəhəng işlərin həyata keçirilməsi əslində hər bir insanın qürurudur, sevinci, fəxridir.
Laçın tamam başq bir formada qurulur. Laçın adına, əzəmətinə, tarixi dəyərlərinə, milli ənənələrinə daha aydın baxış bucağında qurulur. Ərazi bütövlüyümüz bu rayonun azad olması ilə başladı. Bu rayon həm də bir qala kimi də dəyərlidir. O üzdən də hər iş burda dəfələrlə müzakirə edildikdən sonra icra edilir.

Laçın indi müqayisə edilməyəcək dərəcədə gözəldir. Gözəllik isə davam edir. Kəndlər yenilənir, yollar çəkilir, infrastruktur müasir standartlara uyğun qurulur. Hava limanının tikintisi isə dünya ilə əlaqə deməkdir və birbaşa gediş-gəlişin təmin olunması, yaradılmasıdır.

Günün mübarək, Laçın. Sən ən gözəl günlər yaşamağa layiqsən. İnanırıq ki hər sabahın ötən günündən daha gözəl olacaq.
 



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024