Fəlakət anları: Alpinistlər dırmaşarkən vulkan püskürdü!
Tarix: 21-08-2024 | Saat: 16:55
Bölmə:Özəl | çapa göndər
İndoneziyada Dukono vulkanında ölümlə üz-üzə gəliblər. Alpinistlər zirvəyə qalxarkən vulkan qəfildən püskürüb. Alpinistlər olduqları yerdən qaçıblar.
İndoneziyanın Halmahera adasının şimalında alpinistlər aktiv Dukono vulkanının zirvəsinə qalxarkən partlayış baş verib. Avqustun 17-də baş verən hadisə zamanı ətrafa səpələnmiş krater parçaları görünüb və qorxulu anlar yaşayan alpinistlər olduqları ərazidən qaçıblar.
Partlayış nəticəsində vulkan təxminən 2,4 kilometr hündürlüyə kül və tüstü səpdi. Partlayışdan sonra səmanı nəhəng tüstü buludu bürüdü. Yerli mənbələrin məlumatına görə, alpinistlər xəsarət almadan xilas olublar.
Hadisə anının görüntülərini lentə alan Anak Esa açıqlamasında bunları deyib: “Dukononun vulkanik fəaliyyəti o qədər yüksək idi ki, kraterdən parçalar dağıldı. Zirvəyə qalxmazdan əvvəl küləyin istiqamətini, partlayışın nə qədər güclü olduğunu və digər amilləri müşahidə etməliyik. “Şəraitlər uyğun olmayanda zirvəyə qalxmağa çalışmayın.
Dukono vulkanı 1993-cü ildən bəri kül və tüstü püskürür.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025