Mobil versiya
Sabirabadda keçirilən sorğunun nəticələri deputatlığa namizəd Əhliman Əmiraslanovun tam üstünlüyünü göstərdi
Tarix: 17-08-2024 | Saat: 14:27
Bölmə:Karusel | çapa göndər

Sabirabadda keçirilən sorğunun nəticələri deputatlığa namizəd Əhliman Əmiraslanovun tam üstünlüyünü göstərdi

aia.az saytı ənənəvi olaraq seçkilər ərəfəsində əhalinin seçkiyə, namizədlərə münasibətini öyrənmək məqsədi ilə mütəmadi rəy sorğuları keçirir. Məlum olduğu kimi bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ənənəmizə uyğun olaraq əməkdaşlarımızdan ibarət araşdırma qrupu bu dəfə də Sabirabad rayonunda olmuş, 67 saylı Sabirabad seçki dairəsinə daxil olan ərazilərdə seçicilər arasında rəy sorğusu keçirmişlər.

Məqsəd VII çağırış Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində yerlərdə formalaşan ictimai rəyin qiymətləndirilməsi, seçici fəallığı və Milli Məclis üzvlüyünə namizədlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi olmuşdur. Sorğunun obyektiv keçirilməsi üçün fərqli məkanlar və fərqli əhali kateqoriyaları seçilmişdir.

Qeyd edək ki, sorğuda iştirak edən respondentlərin 67,4%-ni kişilər, 34,6%-ni isə qadınlar təşkil edib. Respondentlərin 17,3%-i 18-29 yaş, 27,9%-i 30-39, 28,1%-i 40-49, 20,9%-i 50-59 yaş, 6,5%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 31,6%-i orta təhsilli, 29,2%-i orta ixtisas təhsilli, 3,4%-i natamam ali təhsilli və 35,1%-i ali təhsilli vətəndaşlardır.

İlk növbədə respondentlərimizə ünvanladığımız “67 saylı Sabirabad seçki dairəsindən deputatlığa namizədlərdən kimi tanıyırsnız?” sualına respondentlərin demək olar ki, hamısı VI çağırış Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanovun yaxşı tanıdıqlarını bildirmişlər. Seçicilər qeyd etmişlər ki, bu namizəd həm əvvəlki illərdə Parlamentdə uğurlu fəaliyyəti, həm Azərbaycanda tibb elminin inkişafına verdiyi mislisi töhfələri, həm də rayon sakinlərinə daim diqqət və qayğı ilə yanaşması ilə seçicilərin böyük hörmət və rəğbətini qazanmışdır.

“Namizdələrdən kimin deputat seçilməsini istərdiniz və kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 69,1%-i Əhliman Əmiraslanovun, 20,1%-i digər namizədlərin adını çəkmiş, 9,2% seçici səs verəcəyi namizədi müəyyənləşdirmədiyini bildirmiş, 1,6%-i isə “heç kimə” cavabını vermişdir.

Göründüyü kimi sorğunun nəticələri 67 saylı Sabirabad seçki dairəsində deputatlığa namizəd Əhliman Əmiraslanovun ictimai rəydə kifayət qədər böyük üstünlük təşkil etdiyini göstərir. Artıq qeyd etdiyimiz kimi, biz sorğu prosedurunun illər boyu formalaşmış sxeminə bir yenilik gətirmək məqsədlə sorğuda iştirak edən bəzi respondentlərimizin maraq doğuran cavablarını olduğu kimi sizlərə təqdim edirik:

Şəfiqə Atamalıyeva: Ay qızım, Əhliman müəllimi təkcə bizim bölgədə deyil ki, bütün ölkədə, hətta xaricdə də yaxşı tanıyırlar. Məşhur həkim, akademikdir. Allah bilir, indiyə kimi neçə-neçə insanı həyata qaytarıb. Ona da səs verməyib, kimə verəcəyik ki...

Cabbar Səlimzadə: Əlbəttə ki, səsimizi hörmətli akademikimizə, Əhliman Əmiraslanova verəcəyik. Dünya miqyasında tanınmış cərrahdır, akademikdir. Azərbaycan səhiyyəsini dünyada təmsil edən bir alim insanın bizi də Milli Məclisdə təmsil etməsi bütün rayonumuz üçüb fəxrdir, ay oğul...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-05-2025