Ölkəmizin uğurlu gələcəyi naminə! -Fotolar
Tarix: 20-08-2024 | Saat: 20:00
Bölmə:Aia TV / Parlament | çapa göndər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 67 saylı Sabirabad seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əhliman Əmiraslanovun rayonun Surra, Qaralı və Balvar kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
aia.az yap.org-a istinadən xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov YAP-ın Cənubi Qafqazın ən böyük siyasi partiyası olduğunu deyib. O, partiyanın əldə etdiyi nailiyyətlərdən söz açaraq parlament seçkilərində YAP-ın qələbə qazanmasının ölkəmizin uğurlu gələcəyi naminə son dərəcə önəmli olduğunu bildirib.
Daha sonra çıxış edən deputatlığa namizəd Əhliman Əmiraslanov dünənin, bu günün və gələcəyin partiyası olan YAP-ın müstəqil Azərbaycanın qüdrətli dövlətə çevrilməsində müstəsna rol oynadığını deyib. Namizəd parlament seçkilərinin də YAP-ın qələbəsi ilə yekunlaşacağına əminliyini ifadə edərək bildirib: “İnanırıq ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər xalqın YAP-a inamının növbəti ifadəsi, Ulu Öndər Heydər Əliyev yoluna sədaqətininin birmənalı göstəricisi olacaq”.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Xanoğlan Əsgərov, Gülbala Azayev, Haqverdi Əliyev, Əfras Əsgərov, Rəsul Mövsümov və Mizəcan Xəlilov YAP-ın məqsədyönlü fəaliyyətindən, əldə edilən uğurlardan və gələcək hədəflərdən söhbət açıblar. Onlar seçiciləri YAP-ın namizədini dəstəkləməyə çağırıblar.
Qeyd edək ki, deputatlığa namizəd Ə.Əmiraslanov Surra kəndində şəhid məzarlarını ziyarət edib və ziyalılar və ağsaqqalar ilə də fərdi görüşlər keçirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024