Mobil versiya
Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllı şəhərində seçicilərlə görüşüb -Fotolar
Tarix: 21-08-2024 | Saat: 09:18
Bölmə:Manşet / Siyasət / Aia TV / Seçki 2024 | çapa göndər

Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllı şəhərində seçicilərlə görüşüb

VII çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi 89 saylı İsmayıllı seçki dairəsindən qeydə alınmış Novruzəli Aslanovun (Novruz Aslan) seçicilərlə görüşləri davam edir.

aia.az xəbər verir ki, avqustun 20-də, Novruz Aslan təbliğat planına uyğun olaraq rayonun daha iki kəndində və İsmayıllı şəhərində sakinlərlə görüşüb. Günün birinci yarısında seçicilərlə görüş Quşencə və Zoğallıq kəndlərində baş tutub. Keçirilən görüşlərdə Novruz Aslan öz platforması barədə seçiciləri ətraflı məlumatlandırıb. Daha sonra deputatlığa namizəd ölkəmizdə gedən möhtəşəm quruculuq işləri, eləcə də Azərbaycanın günü-gündən artan beynəlxalq nüfuzu ilə bağlı fikirlərini səsləndirib. Səmimi şəraitdə keçən görüşlərdə kənd sakinlərini qayğılandıran məsələlər müzakirə olunub. Novruz Aslan bu məsələləri qeydə alaraq onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.

Günün ikinci yarısında deputatlığa namizəd öz komandası ilə birlikdə İsmayıllı şəhərində yerli sakinlərlə görüş keçirib. Şəhərin Gülüstan şadlıq sarayında baş tutan bu görüşdə şəhid ailələrinin nümayəndələri də iştirak ediblər. Deputatlığa namizəd görüş iştirakçılarına gələcək fəaliyyət planları ilə bağlı detallı açıqlamalar təqdim edib. Seçiciləri qayğılandıran məsələlər səmimi söhbət şəraitində müzakirə olunub. Novruz Aslan səsləndirilən təklif və arzuları qeydə alıb.

Qeyd edək avqustun 20-də keçirilmiş görüşlərdə 400 nəfərə yaxın sakin iştirak edib. Beləliklə, deputatlığa namizəd Novruzəli Aslanov özünün seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunda on gün ərzində keçirdiyi 37 görüşdə ümumilikdə 3750 nəfər seçici ilə görüşüb.

Keçirilən görüşlərdə iştirak edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024